Səhifə 17 / 17 · 94%

– Ay dayə, – dedi, – nə yaxşı vaxtlar var idi, sən mənə gecələr şirin nağıllar deyərdin, qulaq asırdım...heç dərd-qəm bilməzdim...

Ağabəyim ağa yenə doluxsundu. Nazlı mehriban bir səslə:

– Axı, Bəyim, – dedi, – başına dolanım, indi nə olub ki? Tanrıya min şükür, gün kimi şəfəq verirsən, sədan aləmi götürüb. Bəyim bütün qəlbi ilə ona bağlanan bu saf qadını süzdü:

– Dayə, – dedi, – bir nağıl de qulaq asım... Amma öz başına gələn iş olsun.

– Nə deyim, qurbanın olum, mən yazığın başına nə gəlib ki?

Ağabəyim ağa gülümsədi:

De görüm, sən necə böyüdün, necə ərə getdin?

Nazlı dodaqlarını büzərək:

– Necə gedəcəkdim ki, – dedi. – Hamı necə, mən də eylə...Qız idim, hər axşam çağı bulaq başına suya gedərdim. Bir gün gedərkən bir çobana rast gəldim: təpədə oturub, tütək çalırdı. Gördüm elə gözü məndədir... Daha mən fikir vermədim, gəlib evə, işləri sahmana salıb, başımı atdım yerə. Ondan sonra elə hər axşam bu çoban gəlib, bizim çəpərin altında çalardı. Amma başı batmış da qəşəng çalardı. Elə mən yatanacan tütəyin səsi qulağımdan kəsilməzdi. Öz-özümə deyərdim ki, eh, bu çobanlar da nə arsız olurmuş, necə də ərinmir-gecəni bu çəpərin altında yarılayır...

– Ah dayə! Nə xoşbəxtmişsən! – deyə bəyim onun sözlərini kəsdi.

– Kaş mən sənin yerinə oleydim.

– İraq canına, başına dönüm, nə olmuşdur ki? Bir arsız çobandan ötərimi? Mənim yerimə olub, nə olacaqdın ki?

– Sənin yerinə olseydim, o çəpərə qısılıb, səhəri göz yaşları ilə açardım!

Nazlı:

– Bıy daha nə qalmışdı! – deyə Bəyimi heyrətlə süzdü.

Ağabəyim ağa yenə gülümsəyərək:

– Sonrası necə oldu? – dedi.

– Sonrası necə olacaq – bir gün elçilər gəldi, məni bəyəndilər...

Toy oldu... Görəm bu çoban.

– Dayə, sevindinmi?.. Ağladınmı?

– Qadan alım, daha niyə sevinəcəkdim ki! Qismətim idi, gəlib çıxmışdı.

Ağlamaq da ki, qaydadır: qız ata-anasından ayrılanda ağlar.

Ağabəyim ağa yanıqlı dayənin sözlərini kəsib dedi:

– Kiri, ay dayə, baxtıyın qədrini bilməmisən, dünyaya gözüyumulu gəlib, gözüyumulu da gedəcəksən!..


1 Ermənicə Allah deməkdir.

2 Burada 1768-1774-cü illər arasındakı Rusiya-Türkiyə müharibəsi və 1774-cü ildə Dunay çayının sağ sahilindəki (indiki Bolqarıstan ərazisində) Küçük Qaynarça adlı kənddə bağlanmış sülh müahidəsi nəzərdə tutulur.

3 Qriqori Aleksandroviç Potyomkin (1739-1791) – II Yekaterinanın zamanında yaşamış rus dövlət xadimi

4 Gül gülə yaraşır

5 Şanapipik

6 Dərbənd

7 Sətəlcəm

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məşədi və Kərbəlayı

– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!

2 dəq
Hacı

Həyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.

2 dəq
Cavan

Cavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?

3 dəq
Son bahar

Sadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?

4 dəq

Başqa şairlərin şeirləri