Şura Yazıçılarının Ümumittifaq qurultayına

Əhməd “Maarif işçisi” klubunda ibtidai cəmiyyətə dair məruzə edəcək idi... Bir çox kitablar
oxuyub, notlar tutmuş, lakin topladığı materialı kafi görməmişdi. Mütəxəssislər aşağıdakı əsərlərin də
gözdən keçirilməsini ona tövsiyə etmişdilər:

  1. F. G n q e l ğ s. Proisxojdenie semği, çastnoy sobstvennosti i qosudarstva.

  2. K. K a u t s k i y. Evrei i rasa.

  3. Prof. F. B i r k n e r. Rası i narodnosti çeloveçestva.

  4. L. K r j i v i ü k i y. Antropoloqiə.

  5. Gd. B. T e y l o r. Antropoloqiə.

  6. Akad. B. A. T u r a e v. Klassiçeskiy Vostok.

  7. Prof. I. I. M e h a n i n o v. Xaldovedenie.

  8. A v e s t a.

  9. R i g v ‘ e d a

  10. M a s p e r o G a s t o n. Nistoire ancienne des reurles de Orient.

  11. R o b i n L. La rensee grecque.

  12. A. L a r d e La formation du reurle grec.

  13. C. N u a r t La Perse antique et la civilisation Iranienne.

  14. D e l a p o r t e. La Mesorotamie (les civilisations babylonienne et assyrienne).

  15. P l a t o n. Phedre le bauquet.

  16. H e r o d o t e. Nistoire.

  17. S t r a b o n. Geograrhie.

  18. X e n o p h o n. Oeuvres comrletes.

  19. O p p e r t. Les Medes.

Bunlardan başqa, ibtidai mədəniyyət tarixinə dair yazılan əsərlər,
xalq ədəbiyyatı, adət tarixləri, bir çox şərq və qərb səyyahlarından istifadə
etməli idi.

Əhməd ümumi kitabxana, Lenin kitabxanası, Sibir və Darülfünun kitabxanasını dolaşaraq mütaliəyə davam etmədə idi.

Bir gün mütaliə salonuna gətirdiyi kitablardan biri onun diqqətini cəlb etdi: “Yel ulusuna” mənsub Çopo adlı biri tərəfindən yazılmış və XIX əsrin ortasında Avropa dillərinə tərcümə olunmuş bir əsər idi.

Əhməd kitabı açıb, böyük maraqla oxumağa başladı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 dəq
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 dəq
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 dəq
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 dəq

Başqa şairlərin şeirləri