İnciməzmi
Ləzzət çəkin, kef də görün, a bəylər,Sizə qulluq edən ac, inciməzmi?!Sizin evinizdə buğda çörəyi,Bizdə darı bişir, sac inciməzmi?!
Sizin libasınız İran kişmiriBizim libasımız dəridir, dəri!Bizim arvad quldur, sizinki pəri,Ondan alırsınız bac, inciməzmi?!
Xoşuma gəlməyir bu qurğu, busat,Çünki qəlbim olub çoxdan narahat.Ellərin üzünə gülməyir həyat,Əfqan, insan olan heç inciməzmi?!
Kitabxana.az · https://kitabxana.az/works/coban-efqan-incimezmi
← → düymələri ilə keçid, R — təsadüfi şeir