Məna nə
Sən olan yerlərdə, a Püstə xanım,Kəklik nədir, turac nədir, sona nə?Geyib libasını cölə çıxanda,Biz çobanlar yüz yol baxsa, məna nə?!
Dodağın püstədir, saçların çin-çin,Dilin zəhirmardı, nökərlər üçün.Nə var ki, üz tutur dağ sarı köçün,Ətir verir gül bədənin, nanə nə!
Səhər tezdən bulaq üstə yenəndə,Gözüm qalır nar yetirən sinəndə.Saymayırsan Çoban Əfqan dinəndə,Söz deyəndə deyirsən ki, mənə nə?
Kitabxana.az · https://kitabxana.az/works/coban-efqan-mena-ne
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
SəniAşıq Alı, nə sevdaya düşmüsən,Bir gözəl salıbdı azara səni.
Ürəyim sən deyən çox cavan deyilÜrəyim sən deyən çox cavan deyil,Nə qədər dərdini daşıyıbdır o.
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım