Səhifə 15 / 19 · 74%

O gecə də divarın üstündə “kino” oldu, ancaq o kino “Arşın mal alan” kinosu deyildi. O gecə Surət bacı da Gülçöhrə deyildi, bütün qadınlar kimi əyninə göy tursik geyən adicə bir qadın idi və o, pəncərənin qabağında oturub ağlayırdı...

Surət bacı o pəncərənin qabağında neçə gün ağladı – bilmirəm. Sonra mən Qubaddan eşitdim ki, oğlan öz xalası qızı ilə nişanlanıb. Sonra Mərcan xala xəbər gətirdi ki, o oğlanı “Qorsovet”in sədri qoyublar: o gecə mən qara çəkmələrdə “Qorsovet”in həyətinə girdim və o oğlanın peysərindən yapışıb, həyətdən küçəyə tulladım. “Arşın mal alan” qurtardı, ancaq Surət bacının qara kölgəsi həmişəlik divarda qaldı. Bir səhər mən kəndlilərdən günəbaxan almaq üçün bazara tələsəndə Qubad çarpayısından dikəlib soruşdu:

– Bu gecə baxırdın?

– Yox, – dedim, – mən daha baxmıram.

Və necə dedimsə, Qubad inandı. Qubad məni yanına çağırıb pıçıltı ilə dedi ki:

– İndiyəcən gözümü yummamışam. Bu gecə oğlanın toyu idi, yazıq qız az qalırdı özünü boğsun. Çarqatını boğazına keçirmişdi...

Sonra Qubad əsnəyə-əsnəyə yerində eşələnib:

– Daha mən də baxmayacağam – dedi və o, hirsli-hirsli yorğanı başına çəkəndə mən inandım ki, bu, Qubadın həqiqi sözüdür.

III

Hələ məktəbin açılmağına xeyli qalmış bir axşamçağı işdən sonra bibim kəndə gedib, mənim beşinci sinfi qurtarmağım barədə kağız alıb gətirmişdi və çoxdan bəri idi ki, o kağız bazardan azca aşağıda, zavod yolunun üstündə dörd tərəfdən ağ divarlarla hasara alınmış uşaq evinin böyründəki “bir nömrəli məktəbdə” idi. Dərslərin başlanmağına üç-dörd gün qalanda daha bibim günəbaxan almaq üçün məni bazara buraxmadı. O üç-dörd günü də mən zavodun ətrafında hərləndim, şəhərin görmədiyim yerlərini gəzib-dolandım, hətta bekarçılıqdan, Qubadın göstərdiyi bağlı-bağatlı həyəti yaxından görmək üçün, gedib şəhərin lap yuxarısına da çıxdım. Mən o oğlanın həyətini yaxından gördüm: o oğlan ki, qatarda olan hansı pəncərəninsə üstündə bir vaxt Surət bacının əksinə baxmışdı, o oğlan ki, haçansa, hansı kağızdasa “Mən sənin surətini daim qəlbimdə yaşadacağam, Surət” sözlərini yazmışdı; o oğlan ki, indi şəhər sovetinin sədri olub, şəhərdə hamının tanıdığı “yoldaş Cəlilov” idi.

Hələ mən birinci sinfə gedəndən yaxşı bilirdim ki, sentyabr ayının biri də bibim üçün Novruz bayramı kimi bir şeydir. Fərq bircə burasında idi ki, Novruz ərəfəsində kənddə hamı çimirdi, hamı paltarını yuyurdu, ancaq dərslərin başlanmağına bir gün qalmış təkcə mənim bibim Novruz bayramında olduğu kimi əl-ayağa düşürdü. “Sentyabr bayramı” deyilən sözü də mən bibimdən başqa heç kəsdən eşitməmişdim. Mənə elə gəlirdi ki, bir vaxt bu adda da bayram olmuşdu, sonra o bayramı hamı unutmuşdu, bircə bibim o bayramı unutmamışdı. Biz kənddə olanda həmişə dərslərin başlanmağına bir gün qalmış bibim su qoyub, həyətdəcə məni çimdirərdi, əynimə təzəcə yuyulmuş, təzəcə yamanmış şalvar geydirərdi, köynək geydirərdi; bibim məni səkinin üstündə otuzdurub əlimin, ayağımın dırnaqlarını qayçı ilə tutardı. Sonra bibim əlinə uzun bir paya göturub ağacların üstünə düşərdi. Sabah məktəbə aparmaq üçün mənə heyva salardı, şaftalı salardı; bunu o özü eləyərdi ki, mən ağaca çıxıb təzəcə yamanmış köynəyimi cırmayım, təzəcə yuyulmuş şalvarımı çirkləndirməyim...

Dərslərin başlanmağına bir gün qalanda, hələ günorta olmamış bibim işdən icazə alıb tələsə-tələsə evə gəldi. Pilətənin üstündə su qızdırıb, az da olsa, hər halda bayram sevinci ilə mənim paltarımı yudu, dırnaqlarımı tutdu. Axşamçağı Qubad evə gələnəcən paltarlar qurudu və bibim Qubada yalvardı ki, məni hamama aparsın.

Səhərisi gün məktəbə gedəndə mən özümdən çox razı idim. Bibimdən razı idim, çünki o, şalvarımın dizindəki yamağı çox ustalıqla salmışdı. Köynəyimi Surət bacı ütüləmişdi: ömrümdə birinci dəfə idi ki, mən ütülü köynək geymişdim. Mərcan xala çantama dörd pryanik, beş-altı konfet qoymuşdu. Həm də demişdi ki, “bu səhər sən konfet kimi yeməlisən”. Qubad da yorğanının altından başını çıxardıb məni xoş sözlə yola salmışdı: “Jelayem udaç!”

Məktəbin bazara sarı olan iki taylı qırmızı qapıları açıq idi. Böyük asfalt yol boyaboy uşaqlarla dolmuşdu və arxın qırağında, pinəçi Səlim dayının budkasının qabağında oturmuş qara köpək məktəbə gedənlərin dalınca nəhayətsiz təəccüblə baxırdı. Qəssab Əli bu gün kəsdiyi heyvanın ətini dirəkdən asmışdı. Başmaqsilən daz Səftər gözlərini yoldan keçənlərin başmağına zilləyib oturmuşdu. Böyük, ağ binanın başındakı radio da bu gün məktəbdən danışırdı və elə bil onsuz da məktəbə tələsən uşaqları daha da tələsdirmək üçün tez-tez musiqi çalırdı. Səlim dayı bir köhnə başmağı dizinin üstünə qoyub tələsmədən yamayırdı və təəccübdən gözləri bərəlmiş qara köpəyə məktəbin nə demək olduğunu aram-aram başa salırdı.

Mən çantamdakı dörd pryanikin ikisini tələsə-tələsə qara köpəyə yedirtdim, bu vaxt ərzində Səlim dayı mənə öyüd-nəsihət elədi, xeyir-dua verdi. Məktəbin qapısına çatanda mən dayanıb bir də Səlim dayının budkasına tərəf baxdım və hiss elədim ki, indi Səlim dayı qara köpəyə məndən danışır.

VI sinif binanın ikinci mərtəbəsində idi və onu səsli-küylü bazar yolundan bir qalın divar ayırırdı. Əgər o divarda pəncərə olsaydı, mən sinifdə oturub bazara baxa bilərdim, ancaq orada pəncərə yox idi, bir vaxt olmuş pəncərələrin suvanmış, ağardılmış yeri bilinirdi. Sinfin pəncərələri eyvana açılırdı. O pəncərələrdən “detdom”un dörd tərəfdən hasara alınmış böyük həyətindəki uzun qələmə ağaclarını görmək olurdu, bir də uzaqda, lap uzaqda konserv zavodunun qara, tüstülü borusu görunurdu.

Bizdən yuxarıda da eyvan vardı və bizim sinfin pəncərəsindən baxanda o eyvanın uşaq evinə tərəf uzanan kiçik bir hissəsini görmək olurdu. Məktəbin zəngi də orada dirəkdən asılmışdı və tənəffüs vaxtları bəzi muəllimlər o zəngin dövrəsinə yığışıb papiros çəkirdilər.

Hər səhər zavodun fiti çalınanda qoluna qırmızı lent bağlanmış bir müəllim o zəngi çalırdı. Bunun dalınca uşaq evinin həyətində də bir zəng çalınırdı, sonra müəllimlər əllərində jurnal bizim sinfin qabağından yuxarıdakı eyvana qalxan pillələrdən bir-bir enib gəlirdilər. Bu vaxtlar müəllimlərə məxsus olan o eyvanda bircə, məktəbin direktoru Firuzə müəllim qalırdı. Qapqara saçları həmişə parıldayan, enli, gülümsər sifəti təzəcə hamamdan çıxan arvadların üzü kimi həmişə qırmızı və təmiz olan Firuzə müəllim eyvanın məhəccərinə söykənib bütün siniflərdə dərs başlananacan gözləyirdi. Direktor, dərsə gecikib, qapının dalında qalmış üşaqları “bir daha gecikməmək şərti ilə” müəllimlərdən icazə alıb siniflərə buraxırdı. Sonra Firuzə müəllim də eyvandan çəkilib gedirdi və növbəti zəng çalınanacan eyvan boş qalırdı.

Bu məktəbdə mənim adım jurnalın lap axırında idi, özüm də lap axırıncı partada oturdum. Mən istəsəydim, bir az qabaqda otura bilərdim, ancaq sinifdə bircə partadan başqa bütün partalar mənim üçün eyni şey idi. Mənim oturmaq istədiyim partada Xəzər adlı bir oğlanla Həqiqət adlı bir qız otururdu. Şəhər məktəbində mənim üçün ən dəhşətli şey də bu idi.

Bir də ən dəhşətli şey o idi ki, mən heç bir dərsdə Xəzərdən geri qalmadığımı bilirdim. Ən dəhşətli şey o idi ki, müəllimlər hamıdan çox Xəzərin üzünə gülümsəyirdi və buna görə də Xəzər həddindən çox lovğalanırdı. Xəzərin birinci olmağına mən, bəlkə də, dözə bilərdim, ancaq illər boyu özümün öyrəndiyim müəllim gülüşünü, müəllim mehribanlığını birdən-birə başqasına bağışlamaq çox çətin idi.

Kim bilir, nə vaxtacan mən o axırıncı partada oturub, kənd məktəbini, o məktəbin sinfində də, eyvanında da, həyətində də hamıdan çox mənim üzümə gülümsəyən müəllimləri, oradakı birinci partamı xatırlayacaqdım. Belə getsə, bəlkə də mən məktəbdən soyuyacaqdım. Dərsdən sonra çantamı evə atıb, axşamacan bazarın qabağında avaralanacaqdım.

Kim bilir, nə vaxtacan mən evdə qaşqabaqlı dolanıb bibimi qorxudacaqdım, – əgər o Firuzə müəllim bir gün eyvandan enib bizim sinfə gəlməsəydi. Firuzə müəllim sinfə girəndə biz səsli imlanı təzəcə yazıb qurtarmışdıq. O, mənim oturduğum partadan başlayıb, dəftərlərə baxa-baxa bütün partaları dolandı. Sonra Firuzə müəllim qayıdıb yenə mənim yanıma gəldi.

– Sənin adın nədir?

– Sadıq.

– Sadıq, icazə verirsənmi sənin dəftərini götürüm?

– Bəli.

Firuzə müəllim mənim dəftərimi aparıb, bu gün yazdığım səhifəni yazı lövhəsinin qabağında bütün uşaqlara göstərdi.

– Sadıq bizim məktəbin ən yaxşı şagirdlərindən biri olacaq, – dedi. Sonra, qayıdıb dəftəri partanın üstünə qoydu. O, başımı sığallayıb, sinifdən çıxanda ayağa qalxmış bir sinif uşağın gözü mənim lap axırdakı partama zillənd.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci fəsil. Yəmən

Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.

199130 dəq
Üçüncü fəsil. Əli Ziya

– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:

199116 dəq
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sair

Bir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.

199138 dəq
Beşinci fəsil. Adsız fəsil

Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.

199114 dəq

Başqa şairlərin şeirləri