Nəzər qıl mənə
Yazmışam ey can nəzər qıl mənə,Mən sənə qurban nəzər qıl mənə.
Yetdi bizə yəni sözün, qardaşım,Mahi-münvərdi üzün, qardaşım,Cavabında namə vəzin, qardaşım,Yazmışam ey can nəzər qıl mənə,Mən sənə qurban nəzər qıl mənə.
Getdi Səmədin bizə ol naməni,Tutduq o dəmdə ələ biz xaməni,Ətirlə ləbriz eylədik damənı,Qıl üzə əfşan nəzər qıl mənə,Mən sənə qurban nəzər qıl mənə.
Şükür Həqqə təbiətiz mövzun olub,Halətiz yəni dəyərgün olub,Səndə gəlib mən təki məcnun olub,Olma pərişan nəzər qıl mənə,Mən sənə qurban nəzər qıl mənə.
Sən ki mən qönçəyə pabəstəyəm,Belə səbəbdəndi ki dil xəstəyəm,Gahi pərakəndə, gahi dəstəyəm,Guş elə bir an nəzər qıl mənə,Mən sənə qurban nəzər qıl mənə.
Vardı bizim gülşən ara sadələr,Sərv kimi qaməti azadələr,Əldə sürahi və mey və badələr,Cümlə qəzəlxan nəzər qıl mənə,Mən sənə qurban nəzər qıl mənə.
Bitüb gülüstanım ara lalələr,Üstünə şəh tökülüb jalələr,Dairə çərxə salıb nalələr,Ləhcəyi-murğan nəzər qıl mənə,Mən sənə qurban nəzər qıl mənə.
Kitabxana.az · https://kitabxana.az/works/el-sairleri-adsiz-nezer-qil-mene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
İləri qoş, illəri,Ey mənim gözəl qızım.
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.