İləri qoş, illəri,Ey mənim gözəl qızım.Qalma həyatdan geri,Oxu mükəmməl, qızım.Uca dağlardan atlan,Hər çətinliyə qatlan,Bir quş kimi qanatlan,Göylərə yüksəl, qızım!Mehriban ol insana,Bir yuxarı baxsana,Göydən günəş, ay sana,Eyləyir "gəl, gəl", qızım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri