Beşillik planıIki il yarımda yerinə yetirdik.Deməli, bitirdik.Işlərin qalanıDaha çox,Bir talçokGərəkdir verilən işləriAparsın iləri,Aparsın iləri gələcək beşillik zəfəriHər şura nəfəri.Cavab ver, Abşeron!Qəlbində neçə tonBu axanYeni qanÇağlamış fışqıra-fışqıra,qışqıra-qışqıra?!Yox, gərəkBir çərəkQalmasın boş yerin!Yoldaşlar, göstərinTorpağın altında,Torpağın ən məchul qatındaGizlənən o xəsis qaynağı!Toxunsun ona bir mühəndis caynağıArasın zərbəçi mühəndisBizimçin yeraltı bir dəniz...

Arayır, aramış,Bir qarışYer belə qaçmamış gözündən,Dönməmiş sözündən.Verdiyi ilqarı yetirmiş yerinə,Baxınız, qaç yeni buruğun seyrinəDaldırmış bizləri...O, yüksək rəqəmə qaldırmış bizləri!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri