Qadın, gözlərinin oynaq xəyalıDönüyor qarşımda yenə cin kimi,Baxdıqca ruhumun qaynar məlalıSənin qəhqəhəli sevincin kimi.

Səndən əsrin kimi şəfqət uzaqmış,Ruhuna zülmətin selləri aqmış.Laçın gözlərindən odur ki, sarqmışÜrəyim bir yavru göyərçin kimi.

Ovçuluq əsrimi əsrin, ey qadın?!Söylə övladısan hanki səyyadın?Sən gözlərinləmi yoxsa ovladınGöyərçin qəlbimi bir laçın kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri