Alma əhvalatı
Vəfatından təxminən dörd-beş il əvvəl Rəsul Rza ilə Moskvadan Bakıya gəlirdik. Qatarla gəlirdik, ikimiz bir kupe götürmüşdük. Mən indi bu sətirləri yazanda, elə bil ki, gecənin içi ilə yol gedən o qatarın səsini eşidirəm və həmin qatar elə bil ki, Rəsul müəllimlə yol yoldaşı olduğumuz o uzaq iki günü daha da uzaqlara aparır...
Təbii ki, yol boyu biz çox söhbət etdik. Rəsul müəllim şerində olduğu kimi, həyatda da ciddi adam idi, bəlkə də bir az sərt adam idi və mənə həmişə elə gəlirdi ki, onun bu sərtliyi əslində daxili kövrəkliyinin göstəricisi idi. Bu ciddilik və zahiri sərtliklə bərabər, Rəsul müəllim yumoru sevən, başa düşən və yumordan ləzzət almağı bacaran adam idi.
Qatarda mən Rəsul müəllimə belə bir hadisə danışdım: dostlarımızdan biri – Fikrət Sadıq – altmışıncı illərdə «Gənclik» nəşriyyatında redaktor işləyirdi. Bir dəfə axşam onlara getmişdim, gördüm ki, mizin arxasında əyləşib bir şer kitabının əlyazmasını redaktə edir. Əlyazmasındakı bəzi şerlər dostumuzu o qədər əsəbiləşdirirdi ki, səhifələrin kənarında qeydlərini də oxuduğu misralara müvafiq misralarla yazırdı. Mənim gözüm sataşdı və Azərbaycan almalarının gözəlliyindən bəhs edən bir şerdə altından xətt çəkilmiş iki misranı oxudum:
Ləzzətlidi «bumajnı»,
Şirvan gözəli Şafran!
Fikrət bu iki misranın yanında belə bir qeyd yazmışdı:
Şerin oldu «nevajnı»,
Çıxarıldı kitabdan!
Rəsul müəllim ürəkdən güldü və bundan sonra hansı bir şer məclisindəsə, yığıncaqdasa duzsuz bir şer oxunanda, yersiz bir söz deyiləndə, görürdüm ki, gözləri ilə məni axtarır, əlini ağzına tutub yavaşdan: «–Alma əhvalatıdı!» – deyirdi və gülürdü.
18 may 1982.
Bakı.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-alma-ehvalati
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəlib Buzovnadakı bu fəhlə yataqxanasında yerləşəndən sonra, Cümü uzun müddət gecələr yata bilmədi və məsələ təkcə onda deyildi ki, nəm və isti Abşeron havası ilə nəfəs ala bilmirdi və dənizin o uğultusu da onu yatmağa qoymurdu – bunlar öz yerində, ən başlıcası o idi ki, bir balaca huşa gedən kimi Şuşanın küçələri, bağları, Ağadədəli məhəlləsi gəlib dururdu gözlərinin qabağında və bu – yuxu kimi yuxu deyildi, qarabasma kimi də qarabasma deyildi, amma o anlarda Cümünün nəfəsi daha da ağırlaşırdı, havası çatmırdı.Sonralar gecə gözlərinin qabağına gələn o rəngli – ən çox da yarpaq yaşılı – Şuşa mənzərələri yavaş-yavaş yox oldu və ümumiyyətlə, uzun müddət heç bir yuxu görmədi, amma axır vaxtlar tır-tır yuxusuna girməyə başlamışdı. Bu gecə də yuxuda tır-tırı gördü. Gördü ki, canını götürüb tır-tırdan qopmaq, qaçmaq istəyir, amma tır-tır onu buraxmır, Cümü qaçır, sürətlə öz-özünə gedən tır-tır da ardınca qova-qova onu izləyir və səksəkə içində yuxudan oyanıb hələ gün çıxmamış həyətə düşdü, zeytun ağacının yanında Məmməd kişinin (Gözlə Gəlirəm Məmmədin) boş skamyasında oturdu, bir siqaret çəkdi, sonra gedib tır-tırı işə saldı və tır-tır yarım saat bütün həyətə haray-həşir salıb işə düşdü və Cümü yataqxananın həyətindən çıxdı, bir də axşam saat 9-da – 10-nun yarısında qayalığa gəldi.
Xvı fəsilŞuşa İnternat məktəbində idman müəllimi işləyən Salman indi xəstəxanada gözətçi yeri tapıb, orada işləyirdi və gecələr xəstəxanadan spirt oğurlayırdı, Cümü də Salmanla birlikdə o spirtdən içib keflənəndə, növbəti stəkandan sonra üz-gözünü turşudub deyirdi:– Ə, dərddən içirəm e, mən, dərddən! – Sonra da özünün özünə hirsi tuturdu və bu dəfə də öz-özünə deyirdi: – Tüpürüm sənin dərdinə də, özünə də!..
Xvıı fəsilBir dəfə – mayın axırları idi və Abşeronda hələ çimmək mövsümü başlamamışdı, dənizin sahilində, Buzovna ilə Zuğulbanın arasındakı qayalıq tamam kimsəsiz, bomboş olurdu – axşam Cümü yenə Sonanı motorollerin kuzovuna mindirib qayalığa apardı və yenə də o qayalıqda Sonanın solub rəngi məlum olmayan donunun düymələrini aça-aça, Sonanı öpə-öpə növbəti dəfə söz verdi ki, hər şey yaxşı olacaq, arağı da atacaq, bir də heç vaxt Sonanı beləcə qayalığa gətirməyəcək və elə bu vaxt, göydən düşdü, ya qayanın içindən pırtlayıb zühur elədi, bir ağsaqqal kişi – kənd sakini düz onların üstünə çıxdı, əvvəlcə özünü itirdi, sonra toxtayıb:– Alə, – dedi, – it döyülsüz siz!.. Pişik döyülsüz!.. Adamsuz axı!.. İnsansuz axı!..
Xvııı fəsilSonanın böyük bacısı Solmaz anadangəlmə kor idi və elə ki, ermənilər Şuşaya hücum çəkdi, Şuşada qaçaqaç düşdü, kim nə tapdısa, ona mindi, şuşalıları köçürən vertalyotda, yük maşınlarında, başqa maşınlarda yer qalmadı, onda hərə canını götürüb bir tərəfə dağıldı, kimi pay-piyada Turşsu meşələrindən keçib Laçına qaçdı, kimi dağlardan enib Ağdama gələ bildi, bir qismi işğalçı gülləsinə tuş oldu, bir qismi girov götürüldü, güllədən və girovdan yayınan bir qismi də elə o meşələrdə, o dağlarda tələf oldu. Ana oğuldan xəbərsiz qaldı, oğul bacıdan, bacı atadan və o vaxt Solmaz da itdi və Cümügil minbir məşəqqətlə gəlib Ağdamda yığışanda Solmazı «gördüm» deyən olmadı, Solmazdan xəbər-ətər çıxmadı.Bütün bu müsibətlər azmış kimi, Solmazın da sevimli və köməksiz sifəti gecə-gündüz Sonanın gözlərinin qabağından getmirdi və belə məqamlardan birində Güllü arvad dediyi sözlərə özü də inanmayaraq, Sonaya toxtaxlıq vermək istədi:
Başqa şairlərin şeirləri
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Beynimdə sərin yer tapa bilmirəmBeynimdə sərin yer tapa bilmirəm,Bir fikir dincələ bilmir beynimdə,