Beynimdə sərin yer tapa bilmirəm,Bir fikir dincələ bilmir beynimdə,Dolanış bir yana, dövran bir yana,Şairlə insan düz gəlmir beynimdə...

Mələk də, şeytan da dartır özünü,Allah qəti demir yenə sözünü,Gələcək günlərin ağlar gözünü,Bircə ümid əli silmir beynimdə...

Ağ gün də, sən demə, qaraqabaqmış,İnam da, inkar da çürük dayaqmış,Bilmədim kim yatmış, kimlər oyaqmış,Bircə uşaq üzü gülmür beynimdə...1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri