Sənin yalqızlığın məndə də varmış
Sənin yalqızlığın məndə də varmış,Çoxluğun, azlığın məndə də varmış,Yaradıb-qurmağın məndə də varmış,Sonra uçurmağın məndə də varmış,İmdad diləməyin, qapı döyməyin,Qonşuya gülməyin, dosta söyməyinməndə də varmış...Mənim də qəlbimdə baş-başa verib,Göz-gözə dirənib, yaş-yaşa verib,Bu ikili bəla, yanıqlı ağı —Azadlıq eşqiylə qul rahatlığı...Doğrunla yalanın məndə də varmış,Gedənin, qalanın məndə də varmış,İlahi, heyrətə gəldim bu gecə,Oğul da Vətənə belə oxşarmış...1997
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-senin-yalqizligin-mende-de-varmis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözə görünməz bir səadət gəzər,gəzər bu otaqlarda, mətbəxdə,
Bu gecə səssiz-səmirsiz gəldiBu gecə səssiz-səmirsiz gəldi,gəldi üstünə.
Ölüm ayağında can verənÖlüm ayağında can verənbir xəstənin yanında
Sarı qamışların dibi yaşıl, tünd yaşılSarı qamışların dibi yaşıl, tünd yaşıl,bu rəngin iyi də tünd,
Başqa şairlərin şeirləri
Mən qalan ömrümü həbs eləyirəm,Onu təkcə şerə həbs eləyirəm.
Susa bilmirəmGöydə qövsi-qüzeh naxışlananda,Otlar şeh altında par-par yananda,
Bəhanədi buDedim: Dilbər, getmə, bir də danışaq,Dedi: Sözüm yoxdu, bəhanədi bu!
Leyli və Məcnun, fəsil 36Məktub başlanmışdı böyük allahlaMisilsiz, əvəzsiz o padişahla.