Yatmış bildiyim ilan
Yatmış bildiyim ilanSən demə oyaq imiş,Qəfil ölümlə aramİkicə barmaq imiş...
İşığına getdiyimMəzarda çıraq imiş,Dünya malından payım,Bir baş, bir ayaq imiş...
Sirrimi açdığım daş,Sən demə qulaq imiş,Qaniçənçün el qanı,Dupduru bulaq imiş...
Şirin bal sandığım dil,Sən demə bıçaq imiş,Şair olan yerdə də,Göydə də qaçaq imiş...
Kəfəni ağ bilirdim,Üçrəngli bayraq imiş,Yurdum da, qürbətim də,Elə bu torpaq imiş...1997
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-yatmis-bildiyim-ilan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Azərbaycandakı osmanlı şəhidlərinə*Qalx, qalx! Sarmaşıqlı məzar altından,
Nə aləm indiEşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.
ای ز سودای تو در هر گوشهای آواره منچارهٔکارم نه نیکو میکنی، بیچاره من!
Könlüm sevər irmiş yenə bir sərvi-rəvanıKönlüm sevər irmiş yenə bir sərvi-rəvanıKim, can verədür mən təki hər kim görər ani.