Bir yanda, bir yerdə olsam,xoşuma gəlsə oralar, yapışsam oralara,birdən-birə Allaha dönəcəyəmvə ovcumda görünəcəkbir ev, bir uşaqlıq, bir yol...Və bir torpaq ki,döyüb-döyüldüyüm uşaqlığım, tənhalığımgəlib gözümün qabağında duracaq,deməli, kor olmaq qorxusukürəyimi yerə vuracaq mənim.O anda birdən anlayacağam ki,bu nə şair həsrətidir,nə konyak gücü, nə qürbət qorxusu...Vətəndir,bir evlik, bir uşaqlıq, bir yolluq...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran