Gözə görünməz bir səadət gəzər,gəzər bu otaqlarda, mətbəxdə,nə pəncərəyə əksi düşər,nə görünər güzgüdə,şəhərə çıxar, çıxar səninlə,taksiyə minib səninləsən arxada əyləşəndəşoferin yanında oturar səadət,hər an səninlə, hər an yanında,di gəl ki, bir an görünməz,görünməz gözlərinə səadət,göstərməz özünü, səsini çıxarmaz,min yol çağırsan da onu,ağlasan da, gülsən də,elə hey gəzər ha, gəzər buralarda,gözə görünməz səadətsənə baxa-baxa,görünməyə-görünməyə gözlərinə...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri