Xvıı fəsil
Bir dəfə – mayın axırları idi və Abşeronda hələ çimmək mövsümü başlamamışdı, dənizin sahilində, Buzovna ilə Zuğulbanın arasındakı qayalıq tamam kimsəsiz, bomboş olurdu – axşam Cümü yenə Sonanı motorollerin kuzovuna mindirib qayalığa apardı və yenə də o qayalıqda Sonanın solub rəngi məlum olmayan donunun düymələrini aça-aça, Sonanı öpə-öpə növbəti dəfə söz verdi ki, hər şey yaxşı olacaq, arağı da atacaq, bir də heç vaxt Sonanı beləcə qayalığa gətirməyəcək və elə bu vaxt, göydən düşdü, ya qayanın içindən pırtlayıb zühur elədi, bir ağsaqqal kişi – kənd sakini düz onların üstünə çıxdı, əvvəlcə özünü itirdi, sonra toxtayıb:
– Alə, – dedi, – it döyülsüz siz!.. Pişik döyülsüz!.. Adamsuz axı!.. İnsansuz axı!..
Sona döşlərini donunun içinə dürtə-dürtə ayağa sıçrayıb motorollerə tərəf qaçdı və kuzova minib hönkürə-hönkürə çığırdı:
– Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!..
Birdən-birə bütün sifəti təndir közü kimi alışıb-yanan Cümü heç bilmədi nə üçün, əlini atıb yerdən ovuc boyda bir qaya parçası götürdü, sonra arxasını onlara çevirib qayalıqdan uzaqlaşan o kişinin ardınca baxdı, bütün varlığı ilə istədi ki, əlindəki daşı öz başına çırpıb özü öz beynini dağıtsın, sonra birdən-birə boşalan, taqətdən düşən əlindəki qaya parçasını güclə bir tərəfə tulladı və tır-tıra tərəf getdi.
Uzaqlaşıb qaranlıq içində gözdən itən o kişi yerli adam idi, deyəsən, avtobus sürücüsü idi, adı da deyəsən, Ağarəhim idi, ya Ağadadaş idi, nəsə belə bir şey idi...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-qarabag-sikestesi-xvii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tehranda şah sarayının qadınlara məxsus hissəsində, kiçik bir baxçada o gözəl fəvvarənin şırıltısı çay şırıltısına bənzəyirdi, amma çay deyildi və kim bilir, o fəvvarəniin kənarında oturub gözlərini uzaq bir nöqtəyə zilləmiş Ağabəyim Ağa suyun o səsinə qulaq asa-asa bəlkə elə bu barədə fikirləşirdi? Xacə baxçaya daxil olub:– Gəl, ağa,– dedi.
İkinci hissə, 3Xidmətçi içəri girib dedi:– Vanya yüzbaşı hüzurunuza təşrifinə izn istəyir.
İkinci hissə, 4Mayor Lisaneviç, daha iki rus zabiti və onları müşayiət edən yerli bəy atların belində Xankəndindən Şuşaya doğru qalxırdı.… Yaşıl bir yamacdan keçəndə, mayor Lisaneviç, görünür, daha özünü saxlaya bilmədi, atı alt tərəfi sıldırım qayalıq olan yamacın lap kənarına sürdü və orada sinə dolusu bir nəfəs alıb ətrafa baxdı.
İkinci hissə, 5Aşot Karapetyanın mindiyi fayton Tehranın küçələri ilə gedirdi.Fayton böyük bir binanın darvazası ağzında dayandı. Aşot Karapetyan faytondan düşüb, darvazanın qarşısındakı gözətçiyə:
Başqa şairlərin şeirləri
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Nə gözəl imişBir gün bir nazənin gəldi güzara,Gülgəz simaları nə gözəl imiş.