Mayor Lisaneviç, daha iki rus zabiti və onları müşayiət edən yerli bəy atların belində Xankəndindən Şuşaya doğru qalxırdı.

… Yaşıl bir yamacdan keçəndə, mayor Lisaneviç, görünür, daha özünü saxlaya bilmədi, atı alt tərəfi sıldırım qayalıq olan yamacın lap kənarına sürdü və orada sinə dolusu bir nəfəs alıb ətrafa baxdı.

Bütün ətraf Şuşa dağları idi.

Sonra mayor boylanıb aşağıdakı dərin uçurumlu yarğana baxdı və yenə sinə dolusu nəfəs aldı:

– Qafqazda şeytani bir gözəllik var…– dedi.– Bunu sözlə ifadə etmək mümkün deyil… Bunu rus şairləri yazacaqlar…

Rus zabitlərindən biri arxadan qışqırdı:

– Ehtiyatlı olun, cənab mayor! Uçuruma düşə bilərsiz!..

Mayor Lisaneviç:

– Uçurumdan qorxan adamın Qafqazda nə işi var?!– dedi və elə o uçurumun başındaca atını şahə qaldırdı, sonra sürətlə geriyə çapıb, Şuşaya qalxan yola çıxdı və eləcə çapa-çapa da yoxuş yuxarı getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri