Birinci hissə, VII
Yunis bəy tövlələrin qənşərində atın belinə sıçrayıb çapdı və Böyük bəyin həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı oğlunun qabağını kəsdi. Yunis bəyin cilovu çəkməyiylə ağ atın şahə qalxmağı bir oldu və az qaldı qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin.
Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı və qəzəbindən titrəyən bir səslə:
– Getməyəcəksən! – Qışqırdı. – Buraxmaram səni!
Yunis bəy, elə bil, dolmuşdu, içəridən partladı:
– Şahnazı istəyirəm, öküz kimi böyürürəm onun həsrətindən gecələr, xala, Qarabağın bütün gözəlləri bir heçdi gözümdə, xala, amma daha ala bilmərəm mən onu, yoxsa papaq gəzdirməyim başımda gərək, ləçək taxım!.. Gədənin birinin tərkinə minib gecəyarısı evdən qaçan qızı sən də gərək mənə layiq bilməyəsən, xala! Fəxrəndə xanım tövşüyə-tövşüyə:
– Uşaqsan sən hələ, uşaqsan! – dedi. – Bəs bu mal-dövlət nə olsun?! Bu imarətlər, bu torpaqlar kimə qalsın?! – Sonra Fəxrəndə xanım əlini qoynuna atıb boynundan asdığı daş-qaşları qopardı və bunları az qala Yunis bəyin gözünə soxdu:
– Bəs bu ləl-cavahir nə olsun?! Uşağım olmur mənim! Allah-taala bir uşağı çox görür Böyük bəyə! Nə olsun bəs bunlar, kimə qalsın? Gədə-güdəyəmi qismət olsun? Yetim-yesirmi yeyib kef çəksin, hər dəfə də dədəmizin goruna söysün?!
Yunis bəy xalasının ovcundakı ləl-cavahirə baxdı:
– Çəkisi ağırdı onların, xala, – dedi. – Düz deyirsən! Amma indi onların çəkisi qeyrətsizliyin çəkisidi! Mən bu yükü daşıya bilmərəm, xala, ölərəm o yükün altında, canım çıxar mənim!
Və Yunis bəy atı çapıb darvazadan çıxdı, çapa-çapa da Şuşanın sal daşlar döşənmiş küçələrindən ötüb Ərimgəldidən keçdi, aran yolunda gözdən itdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-aman-ovcu-vurma-meni-birinci-hisse-vii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şuşanın Bazar başı şəhərin sakinləri ilə dolu idi…… Xan carçısı misgər dükanının qənşərində yoğun bir kötüyün üstünə qalxıb gur səslə car çəkirdi:
Birinci hissə, 5Dağlar arası əyri-üyrü uzanıb gedən dolanbac Molla Nəsrəddin yolu ilə üzüyuxarı– Şuşa qalasına doğru karvan qalxırdı və o karvan dəvələrinin aram-aram atdıqları addımlar, elə bil, o Şuşa dağlarının təmkininin davamı idi… Qala divarının qarşısında oynaşan bir dəstə uşaq aşağıdan qalxan o karvanı görüb çığır-bağır saldı:
Birinci hissə, 6İbrahim xan Şuşa iqamətgahında Axund Mirmöhsün ağa ilə bərabər nargilə çəkirdi və hiss olunurdu ki, xan fikirli, qayğılıdır.Xan nargilədən dərin bir qüllab vurub:
Birinci hissə, 7O gözəl tirmənin naxışları, elə bil, Qarabağ dağlarının rəngindən, ətrindən xəbər verirdi...… Tuba xanım bir-iki qaravaşı ilə döşəkçənin üstündə oturub o tirmənin naxışlarını toxuyurdu…
Başqa şairlərin şeirləri
Adam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Yoxdurşıqlar çıxıbdı Kür qırağına,Heyif kənarında sonası yoxdur!
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvanSizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.