IX fəsil
Səhifə 1 / 3
İki gün idi ki, Ağabacı bütün həyət-bacanı silib-süpürürdü, ikinci mərtəbədəki otağı, şüşəbəndi, artırmanı qarış-qarış yuyub təmizləyirdi və məsələ onda deyildi ki, kirayənişinlər pinti adam idi və hər tərəf çirkin-pasın içində idi, belə deyildi, amma Ağabacı döşəməni, divarları, sürahiləri, mizin üstünü, dolabın gözünü və sairə bütün dəlmə-deşikləri, xüsusən də şüşəbənddəki qaz pilətəsinin və pilətənin altındakı
balaca mizi nə qədər silirdi, yuyurdusa da canına yatmırdı, ürəyi çimçişirdi, yadına salanda ki, Əminə xanımla Kələntər müəllim şüşəbəndin qapısının cəftəsini necə
bağlayırdı və bundan sonra bu şüşəbənddən necə at tövşüməsinin, it ləhləməsinin səsi gəlirdi və burasını da yadına salanda ki, Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad, Böyükxanım bu şüşəbənddə yataçaq, Ağabacı onqat artıq bir cidd-çəhdlə silib
təmizləyirdi.
Və bu axşam Ağababagil yenə də qalxmışdı yuxarı, öz yerlərinə, köhnə televizoru da qaldırmışdılar şüşəbəndə və bu geçə yenə hərə öz yerində yatmışdı, illərdən bəri həmişə necə olmuşdusa, indi də eləcə idi; Ağabacı yorulub əldən düşüb artırmada, Ağababanın yanında yatmışdı; Ağababanın xorultusu bütün bu tərəfləri lərzəyə salmışdı; qızlar şüşəbənddə yatışmışdı; Nuhbala da axşamdan gəlib rahatca uzanmışdı talvarda və rahatca da yuxuya getmişdi və elə bil ki, yuxuda gülürdü (ola da bilərdi ki, Nuhbala yuxuda gülürdü, çünki bu günorta Nərgiz elektrik qatarına minib Bakıya getmişdi ki, özümə dəftər-kitab almalıyam, Nuhbala da avtobusa minib Bakıya getmişdi və Nərgizlə Nuhbala Bakıda bir yerdə kinoya getmişdi, kinoda Nuhbala əlini qoymuşdu Nərgizin çiyninə, çünki bir belə Bakı camaatının içində heç kim onları tanımırdı, sonra Nərgiz yenə elektrik qatarına minib kəndə gəlmişdi, Nuhbala da avtobusa minib kəndə qayıtmışdı və bu unudulmaz Bakı səfərindən sonra şirin-şirin yatırdı talvarda, küləyi də vecinə almırdı).
Axşamdan xəzri əsməyə başlamışdı və külək get-gedə bərkiyirdi və bu dəm dənizin uğultusu da küləyin səsinə qatışmışdı, ağaclar da xışıldayırdı. Külək qozaları bir-bir tarappaturupla salırdı yerə, narın çiçəklərini havaya sovururdu.
Dolça hasarın üstündə oturub bu qaranlıq gecədə, aysız-ulduzsuz, küləkli Abşeron gecəsində qayalığa tərəf baxırdı; qayalıq görünmürdü, amma xəzri köpüklənib qaranlıqda ağaran dalğaları qayalara çırpırdı və Dolça qayalara çırpılan dalğanın səsinə tərəf baxırdı, sonra Dolça başını qaldırıb bağban Əsədullanın evinə tərəf baxdı; bağban Əsədullanın evi kəndin yuxarısındakı dikdirin üstündə idi və indi bu ev də qaranlıq içində itib-batmışdı, təkcə darvazalarının qabağında elektrik lampasının işığı gəlirdi, sonra Dolça aşağı tərəflərə, kəndin o hissəsinə ki, quşvuran Fazilin evi orda idi, oralara baxdı və elə bil ki, həmin aysız-ulduzsuz, küləkli Abşeron geçəsində Alabaşı yadına saldı, Sarıbaşı yadına saldı, elə bil ki, o sakit, o mülayim, təmiz yay gününü yadına saldı, onunla qaç-tut oynayan cüllütü yadına saldı, o sakit, o mülayim, təmiz yay günündə açılan dörd gülləni yadına saldı.
Dolça bu iki günün içində yenə də arıqlamışdı, heç nə yemirdi, heç su da
içmirdi, həyətdən bayıra çıxmırdı, evin başına dolanırdı, Kələntər müəllimin manqal qoyduğu yerə gəlib torpağı iyləyirdi, damın yanında yerə uzanıb gözlərini şüşəbəndə zilləyirdi, hərdən maşın səsi eşidəndə başını qaldırıb yola baxırdı, elə bil qırmızı
«Jiquli»nin həsrətini çəkirdi.
Ağababa belə hiss edirdi ki, Dolça kirayənişinlərin xiffətini çəkir və Dolçanın belə yaramaz adamların xiffətini çəkməsi Ağababanın ürəyində qubar bağlayırdı, Ağababa kitabxanaçı Nəcəfin dünya və həyat barədə söylədiyi müdrik sözləri yadına salırdı: «– Gidi dünya!..» – deyirdi ürəyində və söyüş söyürdü.
Bu gün günorta Ağabacı yenə arpa unundan yal çaldı və yalı gətirib qoydu Dolçanın qabağına, amma Dolça yenə də yala dilini vurmadı, dəmir nimçəyə baxdı, Ağabacıya baxdı və Ağabacıya hürdü.
Ağabacı Dolçanın bu hürməyindən çox pərt oldu:
– Nədi? Nə istəyirsən? – dedi.
Dolça yenə Ağabacıya hürdü və nifrətlə, açıq-aşkar bir nifrətlə dəmir nimçənin içindəki yala baxdı. Ağabacı:
– A-a-a... Allah haqqı, kabab istəyir bu! – dedi. – Və bu vaxt Nailə quyunun yanında paltar yuya-yuya dedi:
– Elə mən də kabab istəyirəm...
Sabahkı gün isə Dolça yoxa çıxdı...
Bütün günü Dolça həyətə gəlmədi. Dolça geçə də gəlmədi. Ağababagil o biri gün də gözlədi, Dolça gəlib çıxmadı.
Dolça bir də bu həyətə gəlmədi...
«SÜRPRİZ» KABABI
(Epiloq əvəzi)
Gümüş Malikə ona görə Gümüş Malik demirdilər ki, var-dövlətinə işarə edirlər, belə olsaydı, Qızıl Malik deyərdilər, çünki dəllal Zübeydənin dediyinə görə (və burası da hamıya məlum idi ki, dəllal Zübeydənin bilmədiyi şeyə qurd duşər!) Gümüş Malikdə olan qızıl ingilis bankındakı qızıla bərabər bir şey idi; Gümüş Malikə ona görə Gümüş Malik deyirdilər ki, Gümüş Malik oturub-durub deyirdi ki, gümüş, adamın bədəninə ən xeyirli şeydi və evdə bütün çəngəl-bıçağı, qədəhləri, buludu, hətta boşqabları da gümüşdən idi, həm də Gümüş Malikgil bunu təkcə qonağın qabağına qoymurdu, on iki uşağı, özü, arvadı, anası, qayınanası, dul baldızı və dul baldızının yeddi uşağı səhər də, günorta da, axşam da yeyib-içəndə, ançaq gümüş işlədirdilər, əlqərəz, hərənin bir xasiyyəti olar və adam da ayağını yorğanına görə uzadar, Gümüş Malikin də şakəri gümüş idi.
Gümüş Malikin kababxanasının adı «Mixək» idi, çünki bura, guya, kababxana yox, çayxana idi və guya, camaat bura mixəkli çay içməyə gəlirdi; əlbəttə, çay içilməyinə içilirdi burda, amma acqarına yox, təzə osetrina və sevryuqa kababının, əmlik quzu kababının, toyuq və hindquşu kababının və bunların hamısının lüləkababının, qutabın, düşbərənin, gürzənin, xəngəlin, xülasə-kəlam, dünyanın ən ləzzətli yeməklərinin üstündən içilirdi. Söhbət həmişə bu kababxanadan düşəndə kitabxanaçı Nəcəf yanıb-yaxılırdı, deyirdi ki, buna bax bir, hökumətin çayxanasını eləyib kababxana, əti, balığı və hər nə varsa, hamısını öz puluna alverçilərdən alıb bişirdir və onqat qiymətinə satır çamaata, elə bil, dədəsinin kababxanasıdı, elə bil, Gümüş Malikin atası hambal İsrafil öləndə bu çayxananı Gümüş Malikə vəsiyyət edib və tapşırıb ki, buranı çöndər elə kababxana, soy camaatı, yandır atasını, heç nədən də qorxma, nə müfəttişdən qorx, nə yoxlamadan, nə də bir başqa şeydən; qəssab Ağakişi kitabxanaçı Nəcəfin bu sözlərinə qulaq asıb deyirdi ki, balam, çamaatın ki, öz canında yoxdusa, getməsin də, gedib oturub Gümüşün kababxanasında çörək yeməsin də! Kitabxanaçı Nəcəf qəssab Ağakişinin bu sözlərinə belə çavab verirdi ki, Gümüş Malikin kababxanasına gedənlər də elə Gümüş Malikin taylarıdı, hərəsi bir yerdə daraşıb taxtabiti kimi hökumətin malına, hərəsi bir tərəfdən yeyir və gəlib burda dəniz havası uda-uda kef eləyir, neynək, qoy eləsinlər, amma görərlər onların başına nə oyun açacağam mən; kitabxanaçı Nəcəf bu barədə qəzetə böyük bir məqalə yazıb göndərmişdi.
Gümüş Malikin kababbişirəni Hacıməmməd kişi ki, camaat ona Məşədi
Manqal deyirdi, kababxananın dal tərəfində sıra ilə düzülmüş manqallara səhərdən bir az keçmiş od vururdu, şişləri düzürdü və təmiz, küləksiz yay günlərində
Ağababagildən diqqətlə baxanda Gümüş Malikin kababxanasının tüstüsünü görmək olurdu.
Həmin gün Ağababanın iş günü deyildi və ümumiyyətlə, Ağababa yenə də
əvvəlki kimi, təkcə öz növbəsini işləyirdi, işləmədiyi günlər də həyət-bacaya əl
gəzdirirdi, evdə istirahət edirdi, bir sözlə, əvvəl necə yaşayırdısa, indi də eləcə
yaşamağa başlamışdı; hər şey yenə də əvvəlki qaydasına düşmüşdü. Kələntər
müəllimin bişirdiyi kababların iyi, demək olar ki, həyətdən çəkilib getmişdi, bu
həyət, bu ev, bu ağaclar Əminə xanımın vallarının səsini yavaş-yavaş yaddan çıxarırdı; bütün bunlar belə idi, amma yenə də nəsə çatışmırdı və Ağababa bu «nə isə»nin nədən ibarət olduğunu yaxşı başa düşə bilmirdi.
Əlbəttə, bu «nə isə»yə ən başlıça Dolçanın yox olması daxil idi. Düz altı gün, altı gecə idi ki, Dolça yox idi və hətta Ağababa fikirləşdi ki, yəqin Dolça Bakıya gedib, orda bu kirayənişinləri tapıb və indi orda onlarla qalır; Ağababa bunu fikirləşdi və narahat oldu, çünki Dolça gedib onları tapsaydı da, o adamlar Dolçanı saxlamazdılar yanlarında; sonra Ağababa qayalığa düşüb Dolçanı axtardı ki, bəlkə qayalıqdadı Dolça və kəndin uşaqları qayaların arasını gəzən Ağababanı görüb qaçıb dağılışdılar (kəndin uşaqları hərdən günortalar gəlib qayalıqda gizlin-gizlin gəzirdi, Bakıda bir yerləri yoxmuş kimi, gəlib bu qayaların arasında mazaqlaşan və mazaqlaşmaqdan da o tərəfə keçən şəhərli oğlan-qızlara tamaşa edirdi), amma bütün bu yerlərdə Dolçanın izi-sorağı da yox idi və ümumiyyətlə, elə bil kimsə Ağababaya deyirdi ki, Dolça buralarda deyil və Dolça məsələsi qurtardı daha.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-dolca-ix-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həmin sentyabr günü Bolelşik Bufetçi İbadullanın kefi kök idi, çünki dünən axşam «Neftçi» Finlandiyadan gəlmiş bir komandanı 3-1 hesabı ilə udmuşdu, bu gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən bəri bazar günü olduğu üçün, işə getməmiş məhəllə kişilərini, hətta, məhəllədə ən yaxşı nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb pərtləşdiyindən xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus Ağadadaşı da bir-bir udurdu.Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və Vişnyovkanın yolayrıcında yay-qış həmişə açıq olan bufetin daimi və qeyri-daimi müştəriləri də Bolelşik Bufetçi İbadullaya sadəcə «Bufet» deyirdilər və çəkisi 160 kilodan çox olan Bolelşik Bufetçi İbadulla ayaq üstə durub nəhəng qarnını qabağa verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol azarkeşi olan Bolelşik Bufetçi İbadulla hər dəfə «Neftçi», yaxud respublikanın yığma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160 kiloqram yox, top kimi yüngül bir şey idi.
Xıv fəsilBir dəfə, səfeh giləvar əsən bir payız axşamı idi və o səfeh giləvara baxmayaraq, Məmməd kişi yenə həmin zeytun ağacının altındakı o sınıq-salxaq skamyada oturmuşdu və bu hələ o vaxtlar idi ki, Məmməd kişi, ancaq öz-özü ilə yox, başqalarıyla da danışırdı, bax, həmin axşam Cümü motorolleri həyətdə saxlayıb yataqxananın blokuna girmək istəyəndə Məmməd kişi ondan soruşdu:– Bura bax, ə, Cümü, ermənilər müsəlman olsaydı, ruslarnan Amerika yenə onlara qəhmər çıxacaqdılar?
Xv fəsilGəlib Buzovnadakı bu fəhlə yataqxanasında yerləşəndən sonra, Cümü uzun müddət gecələr yata bilmədi və məsələ təkcə onda deyildi ki, nəm və isti Abşeron havası ilə nəfəs ala bilmirdi və dənizin o uğultusu da onu yatmağa qoymurdu – bunlar öz yerində, ən başlıcası o idi ki, bir balaca huşa gedən kimi Şuşanın küçələri, bağları, Ağadədəli məhəlləsi gəlib dururdu gözlərinin qabağında və bu – yuxu kimi yuxu deyildi, qarabasma kimi də qarabasma deyildi, amma o anlarda Cümünün nəfəsi daha da ağırlaşırdı, havası çatmırdı.Sonralar gecə gözlərinin qabağına gələn o rəngli – ən çox da yarpaq yaşılı – Şuşa mənzərələri yavaş-yavaş yox oldu və ümumiyyətlə, uzun müddət heç bir yuxu görmədi, amma axır vaxtlar tır-tır yuxusuna girməyə başlamışdı. Bu gecə də yuxuda tır-tırı gördü. Gördü ki, canını götürüb tır-tırdan qopmaq, qaçmaq istəyir, amma tır-tır onu buraxmır, Cümü qaçır, sürətlə öz-özünə gedən tır-tır da ardınca qova-qova onu izləyir və səksəkə içində yuxudan oyanıb hələ gün çıxmamış həyətə düşdü, zeytun ağacının yanında Məmməd kişinin (Gözlə Gəlirəm Məmmədin) boş skamyasında oturdu, bir siqaret çəkdi, sonra gedib tır-tırı işə saldı və tır-tır yarım saat bütün həyətə haray-həşir salıb işə düşdü və Cümü yataqxananın həyətindən çıxdı, bir də axşam saat 9-da – 10-nun yarısında qayalığa gəldi.
Xvı fəsilŞuşa İnternat məktəbində idman müəllimi işləyən Salman indi xəstəxanada gözətçi yeri tapıb, orada işləyirdi və gecələr xəstəxanadan spirt oğurlayırdı, Cümü də Salmanla birlikdə o spirtdən içib keflənəndə, növbəti stəkandan sonra üz-gözünü turşudub deyirdi:– Ə, dərddən içirəm e, mən, dərddən! – Sonra da özünün özünə hirsi tuturdu və bu dəfə də öz-özünə deyirdi: – Tüpürüm sənin dərdinə də, özünə də!..
Başqa şairlərin şeirləri
Gəlin, dostlar, gəlin şadlıq eyləyək,Bu dövrandı, mən dediyim bu dövran!
چهره با جمال تو، مایه دهد جمال راغبغب چون هلال تو، بدر کند هلال را
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,