Üçüncü sərçə
Bəzən təbiətdə elə hadisələrə rast gəlirsən ki, onların dolayısı yox, tamam müstəqim, birbaşa mənası səni tutur, sənə ləzzət edir.
Misal üçün, mən, ədəbiyyatda müstəqim surətdə əxlaq dərsi verməyin, mənası tamam üzdə olan hadisələrin təsvirinin həmişə əleyhinə olmuşam.
Bəs nə üçün bu gün şahidi olduğum kiçicik bir hadisə mənim kefimi bu qədər açdı?
Yazıçılar İttifaqı ilə üzbəüz bağda gəzəndə kolluqda sərçələrin haray-həşirini eşitdim: bir sərçə dimdiyində sarı bir yarpaq tutmuşdu (bəlkə də yarpaq deyildi, nəsə başqa şey idi, mən qorxurdum ki, sərçələr hürküb uçar, yaxınlaşıb baxmırdım), ikinci sərçə isə yarpağın o biri ucundan tutub dartışdırırdı, birinci sərçənin dimdiyindən qoparmaq istəyirdi. Sərçələr həmin sarı yarpaq üstündə beləcə «mənim-sənin» mübarizəsi aparırdı. Birdən sərçələr lap hirsləndi, bir-birinin üstünə atıldı. Sarı yarpaq yüngülcə yerə düşdü və elə bil ki, bunu gözləyirmiş kimi, səhərdən bəri çiçəkləmiş ağ akasiya ağacının budağına qonub didişən sərçələrə baxan üçüncü sərçə pırıltı ilə budaqdan qopub, yerə düşmüş o sarı yarpağı dimdiyi ilə qapdı və eləcə pırıltı ilə də qalxıb ağacların arxasında yox oldu.
Didişən sərçələr bu gözlənilməz hadisədən elə bil ki, özlərini itirdi, sonra bir-iki dəfə yerlərində hoppanıb düşdü və sonra da hərəsi bir tərəfə uçub getdi.
Məni gülmək tutdu.
Bağdan ötüb-keçənlər yəqin fikirləşdi ki, bu niyə kolluğa baxa-baxa öz-özünə gülür?
13 may 1982.
Bakı.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ucuncu-serce
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir azdan qaş qaralacaqdı və o zaman indi köpüklənə-köpüklənə axan bu çay hər tərəfi bürümüş qaranlıq içində işıldayacaqdı, köpüyü ağarmağa başlayacaqdı.Burada çayın şırıltısından və hərdən hop-hop quşunun meşədən gələn səsindən başqa bir səs-səmir yox idi – nə maşın səsi, nə radio, nə də şəhər hay-küyü.
XV fəsilGündüz Kərimbəyli kabinetə girəndə prokuror Dadaşlı oturduğu yerdə altdan-yuxarı ona baxıb bic-bic gülümsədi və təbii ki, bizimlə birlikdə mühüm işlər müstəntiqi bu baxışlarda nəsə təzə bir xəbər oxudu; həm də xeyir xəbər, çünki prokuror Dadaşlının ətli sifəti bu saat açıq-aşkar xeyir xəbərdən dəm vururdu.Dadaşlı qarşısında oturmuş kiçik leytenant Həsənzadəyə işarə edib:
XVI fəsilHava yavaş-yavaş çiskinləməyə başlamışdı və bu çiskin rayonun işıqlı pəncərələri qarşısında lap aydın görünürdü; bu çiskin deyirdi ki, bir azdan sulu qar yenə vay verəcək.Kiçik leytenant Həsənzadə, Gündüz Kərimbəyliylə yanaşı addımlaya-addımlaya soruşdu:
XVII fəsilRayon prokurorluğunun bircə pəncərədən başqa, qalan bütün pəncərələrinin işığı sönmüşdü və bu gecə həmin işığı yanan otaqda iki nəfər üzbəüz oturmuşdu – mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli və cinayət axtarışı üzrə baş inspektor Cabbarov.Gündüz Kərimbəyli qarşısındakı qovluqdan sənədləri götürüb bir-bir diqqətlə nəzərdən keçirirdi və bu dəm o, mühüm işlər müstəntiqindən daha çox kitabxanada oturub, dissertasiya işi üçün material toplayan cavan alimə oxşayırdı.
Başqa şairlərin şeirləri
Fəraq oldu bu cavana,Halal ilə aman ana,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Qışdan şikayətAllah, dön bəri, dön bəri,Bu çadıra diqqətlə bax!
Can ilən canan, deyillər, can təmənnasındadırCan ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.