Adı Tərlan, özü tərlan balası,Cilvələnib tərlan tavarı kimi.Üzün görən xəstə düşər müttəsil,Turuncun novrəstə nubarı kimi.

Qabaq ayna – çəkilibdi varağa,Dodaq qaymaq, gül yapışıb yanağa.Dolanır gözləri canlar almağa,Şölə salır xanlıq fənarı kimi.

Bu gözəl Zeynəbin nışanasıdı,Ləbləri qırxların peymanasıdı,Dəhanı şahlığın xəzanasıdı,Düzülüb dəndanı mirvari kimi.

Mələklər şahidi, gözəl sərvəri,Xəstəyə dərmandı buxağın təri.Camalını görən olur müştəri,Misirdə Yusifin bazarı kimi.

Ələsgər gəlibdi əcəb yığnağa,Şəki, Şirvan bir telinə sadağa.Necə zinət verib eyvan, otağa,Ətri qoxur Bağdad baharı kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri