A bimürvət, nainsafın balası,Mən səni seçmişdim sağ ürəyimdə.Həsrət çəkdim, ortalığa qan əkdin,Qara nöqtə qoydun ağ ürəyimdə.

Mərifət şərbətin içə bilmirəm,Şəriət dəryadı, keçə bilmirəm,Sirr sözüm yadlara aça bilmirəm,Qaldı qiyamətə dağ ürəyimdə.

Ələsgər heç çıxmır qəm libasından,Göz doymur gözünün təmənnasından.Cəhənnəm xofundan, eşq havasındanƏridi, qalmadı yağ ürəyimdə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri