Xudam məni, səni yoxdan yaradıb,Sən də bircə milçək yarat, ərməni!Bir qönçə bitəydim dostun bağında,Dilimlə deyəydim yara: dər məni!

Tutmuşam dəstimdə gözəl nizamı,Firdovsi, Füzuli, gözəl Nizami.Təqdiri-qüdrətin gözəl nizamıMana dərdi verib, yara – dərməni.

Hilal qaşın bənzətmərəm dər yaya.Yazıq Ələsgər, dastan elə, dər yaya.İstəsə, kül eylər, qatar dəryaya,Yaratsa, təzədən yaradar məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri