Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada
Tankla,təyyarəyləalmanlar gəlir,Müəllim xəritə qabağındadır.Qoyub barmağını sərhəddə,durmuş,Bilir ki,baxışlar barmağındadır.O vermək istəmir sərhəddi əldən,Bilir dağılacaqneçə kənd,şəhər.Ordumuz çəkilir,osa dayanmış.İstəmir sərhəddən aşağı düşə.Gözləri az qalır alışa, yana,Barmağı az qalır divarı deşə.Birdən Levitanın acı sözləriBirbəbir sancılır barmaqlarına.Gizlədir üzünü,baxmaq istəmirSinfinin lal olmuş uşaqlarına.Bəd xəbər gözlərdə həlqələnibdir,Həqiqət odutək yağır baxışlar.Titrəyir,alışır,boşalır əli.Düşür arxasınca qanlı düşmənin.Keçib Ukraynanı,aşağı düşür.Bir sorm yoxdurmu belə düşməyin?Yox, belə olarsa,gödək bir uşaq
Pəncəsi üstünə qalxıb şəst iləBöyük bir ölkəni göstərməyəcək.Yoxsa coğrafiya məhv olacaqdır,Müəllim bir daha dərs deməyəcək?!Güclü bir ordunun önündə indiTütündən saralan bir barmaq durub,O barmaq altında böyük, möhtəşəmBir diyar dayanıb, bir torpaq durub.O barmaq üstündən keçir aramsız,Ötür ağır tanklar,nallı çəkmələr.O barmaq atılır düşmənin üstə;Bəlkə də əzilər,qorxar,çəkilər.Barmağın ucunda döyünür ürək,Sonra da sərhəddə düşüb çırpınır.Həqiqət naminə barmaq çəkilir,Ürəksə bombalar altında yanır.Bu barmaq çəkilir,ardınca onunHitlerin süngütək caynağı gəlir,Sonra da bir alman müəllimininGah qalxan,gah enən barmağı gəlir.O gün belə ötdü,sonra müəllimCanlı coğrafiya dərsini keçdi.Düşmən tərəfləri göstərən zaman,Həmin barmağını güllələr biçdi.Bu gün dərs deyirdi,bozardı rəngi.Onu çox yandırdı kəsilmiş qolu,O dərdli barmağı yoxdur,göstərəBöyük bir ölkəni,keçdiyi yolu.
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-cografiya-muelliminin-sehadet-barmagi-haqqinda-ballada
← → düymələri ilə keçid, R — təsadüfi şeir