Gecə uşaqlar yatır
Gecə uşaqlar yatır...Mən, tənqidçilərincığallıq, ya da nadürüstlük silahı –"dumanı", yəni siqaret tüstüsüİçindəişləyirəm.Sinəmdən söz çıxır,Sinəmə tüstü gedir,Mehriban-mehribanBir-birinə yol verə-verə.Birdən görürəm;otağı tüstü bürüyübdeyirəm uşaqlara tüstü oldu.İstəyirəm tüstünü sinəmdən
buraxmayım,amma bacarmıram.Tüstü sözlərlə bir çıxır sinəmdən.Tüstülü sözlər,"Duman"lı sözlər.Söz - uşağımın səadəti,Tüstü-düşməni.İkisi də canbir qəlbdə.Birini atsan,Demək, ikisini atmısan.Çıxıb eyvandaşaxtada yazacağam.
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-gece-usaqlar-yatir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən Stavropol qəzetlərinin birində oxudum: Müharibə vaxtı almanların torpağa işləyib partlamamış bir bombası illərlə burada qalmış, hətta bilmədən onun üzərində ev də tikmişlər. Bomba qazıntı zamanı təsadüfən tapılmışdır.*Bomba üstünə
Analar ağlarAnam,Sapunqaraya analar gəlib ağlar.
Xirosimada məktəbsiz uşaqİnildər bir qız XirosimadaBir il...
Uşaqlıq, gənclik, qocalıqXeyr, uşaqlığımı atdım nə göy çəməndə,Nə dağda oynayanda, nə Göy çayda çiməndə.