Azad dustaq
Bir sıra kapitalist ölkələrinin başçıları güllə keçməyən xüsusi şüşələrlə qorunmuş tribunalarda əyləşir, onların iqamətgahı tanklarla və zirehli transpartyorlarla qorunur.
Qəzetlərdən
Nədir bu vahimə, nədir bu qorxu,Dolaşır qəfəsdən qaçan şir kimi?!Qəlbini rahatlıq, gözünü yuxuTərk edib dərbədər mühacir kimi.
Nədir gülləbatmaz sədlər, zirehlər,Bu sayaq kimlərdən sən qorunursan?Divarlar dalından açılan səhərSəni salamlayır işıqsız, pünhan.
Sənin əllərində fərman, ixtiyar,Səni hakim edib doğma diyarın.Səndə bir ölkənin tacı, taxtı var,Hələ əsləhəli o qoşunların!
Kimdən çəkinirsən, qorxursan nədən?Sərbəst bir addım da atmırsan, niyə?Zirehlər içində olsan belə sənRahat bir yuxu da yatmırsan, niyə?
Səni qucağına alan binayaSəninlə bir girib qorxu, səksəkə,Çevrilib nəhəng bir dustaqxanayaSəninçün bu küçə, şəhər, bu ölkə!
Yatırsan silahlar əhatəsində,Gəzirsən dörd yanın silahlı əsgər,Söylə, hökmdar da öz ölkəsindəQorxub vahiməyə düşər bu qədər?
Bu sənin öz xalqın, öz millətindir,Səni başçı seçdi fərli oğultək.Bəs niyə səninçün belə çətindirOnlarla silahsız gəlib görüşmək?
Bəzən də çıxırsan kəndə, şəhərəDövrəndə zirehli silahdan meşə.Yanaşa bilmirsən bircə nəfərə,Başçı belə gedər xalqla görüşə?
Başçı belə gedər xalqın yanına?Başçı oğrun-oğrun yola çıxarmı?Xalqın ürəyinə, dəstərxanınaBaşçı bir ağaclıq yoldan baxarmı?
Gəzirsən bir səyyar həbsxanada,Süngülər – barmaqlıq, əsgərlər – divar.Gələmmir yaxına doğma ana da,Dustaq sən özünsən, ya xalq, hökmdar?
Bax, sənə zillənən gözlərdə nifrət,O nifrət deşməzmi silah-çəpəri?Ölkədə səfalət, aclıq, rəzalət,Səninsə bunlardan yoxdur xəbərin.
Səninsə günlərin mərmər salonlar,Zəngin ziyafətlər qoynunda keçir.Sənin öz süfrəndə quş südü də var,Xalqın kədər yeyir, xalqın qəm içir.
Səni öz xalqından qoruyan süngüÇevrilə bilməzmi sənin köksünə?Zirehli toplar da, tanklar da bir günTuşlaya bilməzmi lüləni sənə?
Sən xalqın yanında açıq bir ürək,Yalansız, riyasız inam, etibar.Bir parça azadlıq, bir parça çörəkAparsan heç nədən qorxma, hökmdar!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-azad-dustaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dedin: sevmirəm səni,Bu sözünə inandım.
Oğlanlar, evlərdə qızlar böyüyürOğlanlar, evlərdə qızlar böyüyür,Sizin gözləriniz baxmasın yana.
Kim deyir ağaclar hissiz, duyğusuzKim deyir ağaclar hissiz, duyğusuz,Kim deyir ağaclar ürəksiz olur?!
Məni sənə bağlayanMəni sənə bağlayanEşqim, məhəbbətimdir,
Başqa şairlərin şeirləri · Vətən
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
NədirAhü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?
QaradağZirvəsindən bulud keçər qatarla,Sal daşlardan qartal uçar vüqarla.
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.