Mən baxıram bayaqdanSaralan yarpaqlara.Xəzəl olub tökülür,Qarışır torpaqlara.

Hər yarpaq təbiətinBu hökmündən halıdır,Vaxtdır,onlar budaqdanHökmən ayrılmalıdır.

Dili ola yarpağın,Sən də qulaq verəsən.Budaqdan ayrılandaO nə deyir görəsən?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri