Balıqçı oğlunun nəğməsi
Mən balıqçı olacağam atam kimi,Göy sularda gəzdirəcək məni qayıq.İpək toru dərinlərə atan kimiTutacağam xəşəm, nərə, qızıl balıq.
Qızıl balıq!Hər arzumu, gərəyimiDeməmişdən gözlərimdən oxuyacaq,Nisgilimi, istəyimi, diləyimiO biləcək, o görəcək, o duyacaq.
Hər nə desəm, nə istəsəm gətirəcək,Gətirməsə buraxmaram suya onu.Xam olmaram nağıldakı balıqçıtək,Mən bilirəm yalanların olduğunu.
Deyəcəyəm qış günündə bahar gətir,Yayda qar ver deyəcəyəm ona qəsdən.Gətirməsə mavi gözlü dərya nədir,Atacağam, qoy çırpınsın qumlar üstə.
Yalanlara çox inanıb mənim atam,Mən dünyalar dağılsa da inanmaram.Qızıl balıq istər onu suya atam,Üzüb gedə, gətirməyə,aldanmaram!
Çox uçurub atam fürsət quşlarını,Çox inanıb atam qızıl balıqlara.Saya-saya öz ömrünün qışlarınıHəsrət qalıb ömrü boyu ilk bahara.
Sadəlövhmü olum mən də atam kimi,Yeyib udum nisyə vədi, qılığı mən?Yox, arzuma, istəyimə çatan kimiBuraxmaram suya qızıl balığı mən.
Nə borcuma, üzüb getsin dərinlərə,O, baş vursun okeana, çaya, gölə,Qızıl balıq məni gözüm görə-görəAldatmasın ancaq dadlı vədlər ilə.
Dəniz sakit, sular mavi, hava ilıq,Belə olur fırtınalar yatan kimi.İndi yəqin dərindədir qızıl balıq...Mən balıqçı olacağam atam kimi.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-baliqci-oglunun-negmesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Budur sarı əncil, bu da qarası,Hələ heyvaya bax, nara bax, nara.
Özünü dərk edib duyduğu gündənÖzünü dərk edib duyduğu gündənİnsan taleyini “daşa bağlayıb”.
Bulaq adətiBulağın gözünə daş tıxasan daBaşqa göz tapacaq, axıb gələcək.
Çay daşlarıDaim düşünürəm çay daşlarını:Sabuntək sürüşkən, məxmərtək hamar.
Başqa şairlərin şeirləri
Novruzi-bahar oldu, cahan tazətər oldu,Rəf oldu ələmlər,
Ağalar!Biri deyər: gərək fala baxıla!Biri deyər: gərək dua yazıla!
İsgəndər və filosof DiojenQoşunla keçərkən rumlu İsgəndər,Ona söylədilər: “Ey, böyük qeysər!
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,