Azadlıq
Ömür beş il,Ömür on il artsın deyə,Bernard, ürək köçürürsən bu sinədəno sinəyə,Bu əməlin allahlığa bərabərdir.Bu, Şekspir qələminə layiq olanbir əsərdir.Ancaq, Bernard, kimə lazım elə ürək?Bircə dəfə azad vura bilməyəcək.Sinə bağlı otaq kimi,Ürək orda dustaq kimi.Uzansa da yüz il, min il,Belə ömür ömür deyil...Kimə lazım belə həyat?Bernard, Bernard,Bacarırsan azadlıq ver ürək boyda,Azadlıq ver sən bir tikə çörək boyda.Fil ürəyi olsa belə köçürdüyün təzə ürək,Azadlıqsız xəstə kimi döyünəcək.Bernard, Bernard, əzab vermə insanlara.Bacarırsan azadlıq verQəlbi dustaq olanlara.Köçürdüyün sağlam ürəkAzadlıqsız xəstə kimi döyünəcək!..
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-azadliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Uşaq əldə əlvan şara, göydə uçan qartalaBaxıb həsəd çəkən kimi mənə həsəd çəkirsən.
VurulmuşamVURULMUŞAM ürəyimdən – belə vurğu gözəldir.Qabaq-qənşər dayanmısan, tanıyırsan düşməni.
ÜrəyimO nə Astaraçaydır, nə Arazdır, nə də Kür.Yaz ayları gələndə coşur, daşır, köpürür.
LivadiyaBudur sarı əncil, bu da qarası,Hələ heyvaya bax, nara bax, nara.