Əynindəki donun bəyaz,Örpəyin bəyaz,Seyr edirəm ağ çəkməni,Ağ əlcəyini,

Elə bil ki,Başın üstəTəzə gələn yazSilkələyibGilənarın ağ çiçəyini.

Bu ağ libasCamalına yaraşır necə!Öz toyundur, oynayırsan ortalıqda sən.Qol qaldırıb asta-asta rəqs elədikcəSanıram ki,Qu quşudur qarşımda süzən.

Bu ağ libas – toy paltarıBir gecəlikdir.Bilirəm ki,Sabah onu dəyişəcəksən.

Gözlərimin qarşısındanAğ rənglər keçir:Bir körpənin ağ bələyi.Ağ süfrə,Yelkən.Sonra bəyaz bir qağayıSonra kəhkəşan.

Sonra şimşək,Sonra isə quzeydəki qar.SonraBütün ömrü boyu üzüağ insan,Sonra saçlar...Sonra saçlar...Gümüşü saçlar!..

İnsan qəlbiArzu dolu sonsuz bir aləm,Qoy hər istəkÖz yerinə,Vaxtına düşsün.

Bugecəki paltarının rəngiİstərəmÖmrün boyuTaleyinə,Baxtına düşsün!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri