Məndən bir az aralıDurub bir qız, bir oğlan.Onların pıçıltısıEşidilir anbaan.

Görən nə danışırlar,Qəlblərində nə vardır?Heç nə başa düşmürəm,Yalnız pıçıltılardır.

Eşitdiyim qarışıq,Rabitəsiz kəlmələr.Onlar nədən danışır?Düşünürəm bir qədər,

Bildim ürəklərindəDeyiləsi min söz var,Lakin heç nə demirlər,Elə pıçıldaşırlar.

Bütün görüş müddətiDeyilən sözü yığsan,Mübtədalı, xəbərliBir cümlə çıxmaz, inan.

Biz də belə edərdikGörüş günlərimizdə.Vaxtı başa vurardıqPıçıltılarla biz də.

Biz də öz dünyamızdaSöz-söhbətsiz yaşardıq.Biz də heç nə deməzdik,Elə pıçıldaşardıq...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri