Mən ellər, obalar üstdən addadım,Keçdim neçə-neçə qərib ölkədən,Nə şöhrətim vardı, nə də ki, adım,Bədəlbəy nəvəsi Fərhad idim mən¹.

Musiqi apardım bir dünya qədərMən öz ürəyimdə, barmaqlarımda.Dedim: – Məni necə dinləyəcəklərMüstəbid hökm edən yad diyarında?!

Orda ki hakimlər fəryad səsiniMusiqi səsindən uca tuturlar.Düşündüm,Könlümün təranəsiniOrda kim anlayar,Orda kim duyar?!

Hələ Lissabona gəlməmiş,SəhərMən baxdım dünyanın xəritəsinə.Bir Portuqaliya bütöv yerləşərGördümAnqolanın hər nöqtəsinə.

GördümMozambiki doğrasan, çıxarBir Portuqaliyahər parçasından;Düşündüm qul olmuş azmanlar da var,Düşündüm azmanı qul edib cırtdan.

DüşündümTarixin səhifəsindəBu nə möcüzədir,¹ Azərbaycanın xalq artisti Fərhad Bədirbəyliyə işarədir.Bu nə ləkədir, –Nəhəng bir Qulliver öz ölkəsindəUzaq liliputa müstəmləkədir!

Lakin diplomat yox,Lissabona mənMusiqi aparan səfir gedirdim.Parlayan royala baxıbona mənOvsuna düşmüştək heyrət edirdim.

Necə dillənəcək bu cansız royalSalazar hökm edən qəm diyarında?Hansı bir qüvvəsə mənə dedi: – Çal!Fil gücü hiss etdim barmaqlarımda.

Çaldım...Dindi Qara, danışdı Cövdət –Vətən torpağımın kamanı, sazı.Səsləndi Bethoven – o ulu qüdrət,Dindi “Qəhrəmanlıq” simfoniyası.

Bəlkə onda qalxdı PortuqaliyaOyandı illərlə yuxulu qeyrət,Artıq son qoymaqçün qəmə, naləyə,O gün öz-özünü dərk etdi millət?!

Bəlkə həmin o gün baxıb özünə,Miskin həyatınaçəkdi xəcalət,Utandı bu səbrə, müti dözümə,O gün öz-özünü dərk etdi millət?!

Bəlkə o gün duydu –Özü qul ikənÖzgəyə gətirib zülm, əsarət,Zalımlar yurdudur bu yurd, bu vətən,

O gün öz-özünü dərk etdi millət?!Bəlkə yetişmişdi ağacda bartəkAzadlıq həsrəti,inqilab,cürət,Bu taxt uçmalıydı çürük divartək,Bəlkə dərk etmişdi özünü millət?!

Sən demə, bu özü hökmü-zamanmış,Vulkan püskürərmiş vaxtı çatanda.Özünü duymamaq dərdi yamanmış,Fəlakət olurmuş bir xalq yatanda!Mən o gün çalırdım,Bilmirdim bəlkəKül altda atəş var, buludda şimşək!Artıq silkələnib qalxır bu ölkəİllər yuxusundan duran adamtək.

Çalırdım,Bilmirdim burda əsgər dəBezib müstəbidə keşik çəkməkdən.Bu gün süngüsünü o döndərər də,Hakimin köksünə sancar ürəkdən!

Çalırdım,Bilmirdim uzaq Anqola,Mozambik eşidir,məni dinləyir.Dərdli Qvineya bu dəm az qalaEfiri su kimi içir,inləyir.Çalırdım...Bilmirdim bir az kənardaArtıq addımlayır xoş bir gələcək.Bilmirdi bu sirri heç Salazar da –Kül altda atəş var,buludda şimşək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən