İlk dəfə anamdan eşitdim bunu:Bir ovuc günəşin nə olduğunu,Naqafil bir səsdən, bir gurultudanBizi bürüyərdi qorxu, həyəcan.Faşist təyyarəsi gəlir, sanardıq,Torpaq qazmalarda daldalanardıq.Elə ki, qaranlıq qazmaya girdi,Anam söylənirdi, gileylənirdi:“Bir ovuc günəş də qəhətdir bizə,Qaranlıq yazılıb taleyimizə...”

O gündən, bir ovuc günəş sözünü,Bir ovuc günəşin, nurun özünüGəzdirdim qəlbimdə öz qanım kimi,Nəmli daxmaların dərmanı kimi.Bildim o həyatdır, güldür, çiçəkdir.Hamıya hər yerdə günəş gərəkdir.Gərəkdir barmaqlıq arxasında da,Laləli düzlərin yaxasında da,Ya bir ovuc olsun, ya da bir qətrə –O, gərək nurunu salsın hər yerə.

Al günəş parlayır indi elimdə,Bütöv bir günəş var mənim əlimdə,Lakin gizləyərək öz həsrətiniGözləyən xalqlar var, qəbilələr var.Günəşsiz açılan neçə səhər var.Günəşsiz günləri anıram bu gün,Anamın sözləri keçir qəlbimdən.Bir ovuc günəşi gətirmək üçünBir ömür piyada yol gedərəm mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri