Mən səni gördüm bu gün gilənar bağlarında,Həzin bir nəğmə vardı titrək dodaqlarında.Bir qonağam elində, sənin torpaqlarında,Nəğmənlə sular kimi ürəyimə axsana,Oksana!

Nəğməndə yad edirsən bir qafqazlı cavanı,Deyirsən mərd vuruşdu, axdı bu yerdə qanı.Necə idi ünvanı, onun məzarı hanı?Yerə dikmə gözünü, barı mənə baxsana,Oksana!

Az da olsa o gəncə varmı mənim oxşarım?Bax, bu qara gözlərim, bax, bu qara qaşlarım.Atam da burda... Məni boğur bu göz yaşlarım,Bir cavab gözləyirəm, susmağı buraxsana,Oksana!

Oxuduğun nəğmənin kim qoşub bəstəsini?Məni görən kimi sən niyə kəsdin səsini?Bəlkə nəğməndə duydum atamın nəfəsini...Sən bu qəmli romansı təzədən oxusana,Oksana!Kiyev, 1969

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri