İkinci hissə, on altıncı fəsil
Səhifə 2 / 2 · 50%
– Adam əsl məhəbbətin harda, haçan başladığını bilmir. Məncə bu, elə də mühüm deyil. Əsl məhəbbət — möhkəm, dəyanətli, riyasız olmalıdı, Simin.
Onlar beləcə göz-gözə, üz-üzə xeyli danışdılar. Simin, tanış olduğu yeni adamlar — Elməddinin dostları haqqında: Şəfi, Ziyaülhəqq barədə çox razılıq elədi. Gözlənilməz toy da, Şəfinin elə məclisdə cibindən çıxartdığı üzüklər də, gecə saat birdə Ziyaülhəqqin molla gətirib kəbin kəsdirməsi də, kişilər ayağa durandan sonra Məleykənin qollarını çırmalayıb Fatimə ilə birlikdə qab-qacağı yığışdırması, böyük otağı səliqə-sahmana salması da, on dəqiqənin içində bəzəkli-düzəkli gəlin otağı düzəltməsi də — o axşam görülən bütün bu işlər Siminin çox xoşuna gəlmişdi. Elməddin tək bunları çətin eləyə bilərdi. Və Simin toydan keçən altı gün ərzində hər dəfə söhbət eləyəndə bu barədə öz fikrini demək, razılığını bildirmək istəmişdi, ancaq nə isə araya söz düşmüşdü, söyləməyə imkan tapmamışdı. İndi ürəyini boşaltdı. Elməddinə gözəl təsir elədi Siminin bu qədirbilənliyi. Sevindi.
– Mən dostlarımsız bir heçəm, Simin! Şəfi mənim atam, Məleykə mənim bacımdı. Mən ömrüm boyu onlara minnətdaram. Sən də çalış, onların hörmətini saxla həmişə, mənim başımı uca eləmiş olarsan!
– Sənin dostlarının hörmətini saxlamaq mənim borcumdu, Elmi.
Simin bu sözləri deyəndə Elməddin onun dodaqlarından hərarətlə öpdü, tellərini sığalladı və astaca:
– Mənim ağıllı körpəm! — dedi.
Ayağa durub geyindi. Simin kiçik otaqda səhər yeməyi hazırladı. Çay töküb ortalığa qoydu. Deyə-gülə yedilər, içdilər. Şəfi toy axşamı Elməddinə bir həftə işə çıxmamaq içazəsi vermişdi. Bu gün Dəftərə getmək vaxtı idi. Ona görə geyinib-kecindi və sual dolu nəzərlərlə Siminə baxdı:
– Mən işə getməliyəm. Mənim körpə gəlinimin etirazı yoxdur ki?
Simin Elməddinin paltosunun yaxasına düşmüş tükü barmaqlarının ucunda götürüb:
– Yox, mənim əzizim! — dedi. — Get. Nə etirazım ola bilər?!
– Tək qalmaqdan qorxmazsan ki?
– Nədən qorxacağam, Elmi? — o, gülə-gülə cavab verdi. — Arxayın gedə bilərsən.
Elməddin razılıq hissilə başını tərpətdi və yadına nə düşdüsə cibindən bir dəstə pul çıxarıb stolun üstünə atdı:
– Yəqin qibləgahın gələcək, pul verərsən, evə nə lazımsa alıb gətirər. Yaxşımı? Ürəyin nə istəyirsə, de, alsın gətirsin. Kişiyə məndən salam deyərsən.
– Baş üstə.
Sonra Elməddin başını azca aşağı əyib Siminin yanağından öpüb çıxdı.
«Pərçəm»in dəftərində iş yoldaşları, xüsusən Şəfi onu gülərüzlə qarşıladı. Hamı bir-bir yaxın gəlib təzə ailə qurması münasibətilə onun əlini sıxaraq təbrik etdi, səadət arzuladı.
Elməddin bu mehribanlıqdan çox mütəəssir oldu. Kimsə onu toyuna dəvət etmədiyindən gileylənəndə Elməddin tutulmuş halda Şəfiyə baxıb gözlərini döydü. Şəfi gülüb söylədi:
– Eybi yoxdu, uşaqlar, bu dəfə Elməddin bir az tələsik evləndi, günahı da məndə oldu. Söz verir ki, sizi gələn dəfəki toyuna mütləq çağıracaq!
Bü sözə hamı şaqqanaq çəkib güldü. Elməddin də cavabında, Şəfinin sözünə qüvvət verdi:
– Hə, mütləq çağıracağam. Ustad demək istəyir ki, mən daha evlənmək işində öyrəncəli olmuşam.
Ancaq bu şən əhvali-ruhiyyə çox davam eləmədi. Tezliklə elə bir iş oldu ki, hamısının qanı qaraldı. Sən demə, elə bu gün «Sülh» ruznaməsində Əli Tüğyan Elməddinin «Pərçəm»də dərc olunmuş «Xurma çərdəyi» hekayəsi barədə kəskin məqalə ilə çıxış edibmiş! Mətbəədə, Teyyubun yanında işləyən Munisin qaça-qaça, təngnəfəs halda gətirdiyi «Sülh»ü əvvəlcə Şəfi oxudu, sonra Elməddinə verdi.
Sonra ruznamə otaqda əldən-ələ gəzdi. Qəribə idi ki, oxuyan susurdu, heç nə demirdi. Elməddin pərt olmuşdu, pəncərənin qənşərində dayanıb küçəyə baxa-baxa siqaret çəkir, məqalədəki acı, tikanlı sözləri xatırlayır, beyni uğuldayırdı. Əli Tüğyan bu dəfə xəsislik eləməmişdi; yazının tonundan açıq-aşkar məlum idi ki, bu, adi tənqid deyildi. Sənət mücadiləsi, xırda sancmaq məsələsi deyildi. O, hekayəni çox ətraflı təhlil etmiş, sətiraltı mənasını daha kəskin, daha qabarıq şəkildə açıb-ağartmış, yazıdan «qan qoxusu» gəldiyini «siniflər döyüşünə çağırış» olduğunu xüsusi şəkildə qeyd eləmiş və onu «cəmiyyətimizi qan dənizində boğmağa» səsləyən bir hekayə adlandırmışdı. Elməddini «siyasi əqidə cəhətdən bizim cəmiyyətə düşmən» olan, nəticə etibarilə «özgə dəyirmanına su tökən» bir adam kimi qələmə verirdi.
Bu ittihamlar onu sarsıtmışdı. Ah çəkib geri dönəndə Şəfinin ona tərəf gəldiyini görüb gözlərinə baxdı. Şəfi onun tutulub saraldığını hiss eləmişdi. Özü ondan az pərt deyildi. Ancaq aradakı gərginliyi azaltmaq, Elməddinin fikrini dağıtmaq üçün söylədi;
– Hə, Elməddin. Bu da Əli Tüğyanın sənə toy hədiyyəsidir,
– Çox ağır hədiyyəyə oxşayır, ustad!
– Ağır olmağına ağırdı, bilirəm.. Ancaq o bizə çox böyük yaxşılıq eləyib — özü də bilmədən.
– Necə yəni yaxşılıq eləyib, ustad!
– Sənin hekayənin mənasını, məğzini bizim avam camaatın çoxu bəlkə də başa düşməmişdi — o sənin hekayənin mənasını açmaqla bizim işimizə xeyli kömək etmişdir. Bu məqaləni oxuyandan sonra başa düşməyən də başa düşəcək — bu isə bizim xeyrimizədi.
– Nə bilim ustad. Ancaq hekayədən çox, bu məqalədən «qan iyi» gəlir! — Elməddinin bu sözlərində böyük həqiqət olduğunu Şəfi daha artıq hiss eləyirdi. Başa düşürdü ki, bu, təkcə Elməddinin, necə deyərlər, bostanına atılan daş deyildi, bu, eyni zamanda Şəfini, «Pərçəm»çiləri vurmaq, siyasi aləmdə, dərbarda onların mövqeyini sarsıtmaq məqsədi güdürdü heç şübhəsiz. Əli Tüğyanın bu çıxışının onların fəaliyyətinə, mübarizəsinə ciddi zərbə vura biləcəyini yaxşı dərk etsə də, Şəfi, Elməddinə ürək-dirək vermək istədi:
– Sədi demişkən, bu da keçər, Elməddin. Qəm yemə, qardaş? Həyatın gözəlliyi mübarizədir. Kim güclüdür, haqq kimin tərəfindədir, bunu gələcək göstərəcək.
Elməddin ustadın inamla, qətiyyətlə dediyi sözləri dinləyir, qəmli-qəmli gülümsünür, ürəyində isə fikirləşirdi ki, şübhəsiz, o yazıdan sonra onu həbs edəcəklər. Bəs Simin necə olacaq?! Bu fikir Elməddini üşütdü.
...Axşamçağı, evə dönərkən o, yolunu bazardan saldı. Hansı yollarla, necə bura gəlib çıxdığını soruşan olsaydı, deyə bilməzdi. Gül satan kişinin qabağında dayananda onun:
– Tər-təzə güllərdi, Cəlalabad gülləridi, indicə gətirmişəm,
– deməsindən ayıldı. Bir dəstə yaxşı, qönçədən təzə çıxmış qızılgül aldı. Həyətə girəndə Simin onu əlində gül gələn görüb uşaq kimi qabağına qaçdı, o, gülləri Siminin qucağına qoydu. Simin ətirli gülləri iyləyib:
– Nə gözəl güllərdi, Elmi! — söylədi.
– Sən onlardan daha gözəlsən, mənim körpəm, — dedi Elməddin.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-on-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gülmirə gül satan kişinin qabağında ayaq saxladı. İçində su olan bankalara, vedrəyə yığılmış rəngbərəng güllər adamın yadına gül bağçasını, ilk baharı salırdı.– Əmi, mənim üçün bir yaxşı dəstə bağla!.—deyə Gülmirə saqqallı kişiyə müraciət etdi.
İkinci hissə, yeddinci fəsilNadirə atasının tamam-kamal yığışıb gəldiyini eşidəndə həm sevinmişdi, həm də kədərlənmişdi. Ona görə sevinmişdi ki, neçə ildən bəri görmədiyi atasını görəcəkdi, doyunca görəcəkdi: «Yaxşı da eləyib yığışıb gəlib. Orda tək-tənhadı, kimi var? Burda qızları, nəvələri...» Ona görə kədərlənmişdi ki, Salmanın o gecə dediyi sözlər yadına düşmüşdü. Nadirə bilirdi ki, atası onlara gəldikcə Salman daha da dilxor olacaq, onu öz şəninə yaraşdırmayıb deyinəcək, hətta bəlkə utanıb-qızarmadan qoca kişiyə öz qızı evində görünməyi qadağan edəcək. Bununla da neçə vaxtdan bəri ailədə hökm sürən soyuqluğu, anlaşılmazlığı bir az da dərinləşdirəcəkdi.Nadirə bu xoşagəlməz vəziyyətin bütün ağırlığını irəlicədən görür, dərk edir, ancaq səsini çıxara bilmirdi. Sədəfə heç nə demək lazım deyildi. Atasını isə bu məsələdən agah eləmək lap ağılsızlıq olardı. Axı o, Nadirənin taleyindən, xoşbəxtliyindən çox arxayındı. İndi onun ürəyinə xal salmaq kişini məyus edə bilərdi: «Qoy o heç nə bilməsin, rahat, arxayın yaşasın...»
İkinci hissə, səkkizinci fəsilOrxan ezamiyyətdən beş gün də tez qayıtdı; qala bilmədi, çünki bu, əlavə vaxt itirmək deməkdi, həm də bilə-bilə boş yerə vaxt itrmək deməkdi. O, çaş-baş qalmışdı. Bu necə sirr idi? Professor sevinə-sevinə deməmişdimi ki, Mirzə Cəlil haqqında təzə arxiv sənədləri tapılıb? Deməmişdimi? Hətta yerini də demişdi: Dövlət arxivində. Orxan isə təkcə Dövlət arxivini deyil, bütün Tiflis arxivlərini bir-bir gəzmiş, ələk-vələk eləmiş, ancaq təzə heç nəyə rast gəlməmişdi. Rast gəldiyi sənədlərin hamısı keçənilki səfər zamanı gördüyü kağızlar, arxiv materialları idi ki, əslində onlardan gen-bol istifadə eləmişdi. İyirmi beş gün vaxtı getdi. Bu onu elə yandırırdı ki!..İstirahət günü idi. Orxan qatardan düşüb evə gələndən sonra yuyunmuş, xeyli dincəlmiş, Gülmirəyə zəng eləmişdi:
İkinci hissə, doqquzuncu fəsilİlhamın ilk şerlər kitabçası barədə professorun yazdığı məqalə qəzetdə dərc ediləndən sonra xeyli səs-küy qaldırmışdı. O günlər redaksiyalarda, dərnəklərdə hamı ondan danışır, söz-söhbət bəzən saatlarla uzanırdı. İlhamın kimin oğlu olduğunu bilənlər, onun əsərləri və şəxsən özü ilə tanış olanlar, təəccüblə çiyinlərini çəkir, sonra «əşi, məsələ məlum!» deyib məqalənin mədhiyyə olduğunu söyləyir, «o boyda professorun» nəyin xatirinə belə elədiyindən baş aça bilmirdilər.Kənar adamlar, əsil məsələdən xəbəri olmayanlar isə əksinə, bunu professorun həddən artıq qayğıkeşliyi ilə izah edirdilər: «Elə alimlərimiz var ki, ağzına su alıb durur. Sağ olsun, heç olmasa bu danışır».
Başqa şairlərin şeirləri
فرمود چاشتگه گذری بر کلیسیا
Ol kəs ki, məni öldidi, indi beylə getdiOl kəs ki, məni öldidi, indi beylə getdi,Qan ilə xizab əlləri, şəmşir ilə getdi.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
GəlsinBaşına döndüyüm qasid xoş qədəm,Ərzimi get söylə canana, gəlsin.