Səhifə 2 / 2 · 50%

– Bir dəst yorğan-döşak hazırla, bala. Elməddinə iş kəsdilər,

– dedi astaca.

Piyalə Siminin əlindən düşüb çilik-çilik, oldu, qara gözləri doldu.

Özünü ələ al, qızım. Boş şeydi. Cəmi bir il iş veriblər.

– Bir il? — Simin yaş içində boğula-boğula heyrətlə içini çəkdi. — Bir il?

– Hə, bir il nədi ki? Onun da iki ayı gedib. Papağını fırla, bir də gördün, on ay da gəlib keçdi.

– Axı... günahı nədi onun, qibləgahım? Ədalət yoxdu məgər dünyada?

– Elməddinin günahı elə budur ki, o da soruşur: niyə ədalət yoxdur!

Simin qıçları vurulmuş kimi taqətsiz halda kətilin üstünə çökdü.


Zərrintac xanım Elməddinin evlənməsi xəbərini də, həbs olunması xəbərini də birdən — elə bu gün eşitmişdi. Sübhan söyləmişdi. Çox seyrək-seyrək olan görüşlərində və söhbətlərində Sübhan Zərrintac xanımın öz keçmiş ərinə necə böyük nifrət bəslədiyini çoxdan duymuşdu. Bunun səbəbi Sübhana tamamilə aydın idi. Elməddin onu boşamaqla tək Zərrintacı yox, bütün şəhər camaatını heyrətə sala biləcək bir iş tutmuşdu. Sübhan özü də Elməddini yaxşı tanıdığından əvvəllər, ayrıldıqlarını eşitdikdə, onu qınamışdı, hətta ürəyində «axmaq» da adlandırmışdı. Ancaq sonralar o, taleyin hökmü ilə Zərrintac xanımın, özü demişkən, əlinə keçəndə Elməddinə haqq qazandırmışdı. Əlbəttə, bu barədə o, Zərrintaca heç nə deməmişdi, deyə də bilməzdi. Sübhan, müti olduğu qədər də, ağıllı idi, ürəyindəkilərini həmişə, hər yerdə dilinə gətirməzdi. O, bu gün Elməddinin mühakiməsində iştirak etmiş, Əhədullanı görmüş, təfsilatı ondan öyrənmişdi. Elməddinin həbs olunmağından xanımın könlünün xoş olacağını evlənməyindən isə yanıb-yaxılacağını irəlicədən yəqin bildiyindən xəbərin ikisini də birdən ona çatdırmağı qərara almış və axşamçağı zəng edib əhvalatı bildirmişdi. Zənni onu aldatmamışdı, Elməddinin həbs edilməsini eşidən kimi sevinc içində:

– A... haçan? Elə bu gün? Nə yaxşı, nə yaxşı? Ona bu da azdır, o dəfə qibləgahım buraxdırdı, ağzında şirə qaldı. İndi görüm kim buraxdıracaq. Qoy çürüsün, ağlı gələr başına... — Zərrintac xanımın sevinci telefonun dəstəyindən aşıb-daşırdı. Sübhan qadın qəlbinin belə kinli-küdurətli olduğunu eşitmişdi, ancaq görməmişdi. Zərrintac onun üçün maraqlı bir kitab idi, onu hər gün bir az oxuyub öyrənmək istəyirdi, varlığının, əxlaqının, düşüncələrinin əsas mahiyyətindən xəbərdar olmaq istəyirdi. Sanırdı ki, bu kitabda həyatın çox şübhəli sirləri var və onları öyrənmək hardasa, haçansa Sübhana gərək ola bilər. Sonra o, ikinci xəbəri söyləmişdi. Zərrintacın nitqi tutulmuş, kəkələmiş, handan-hana:

– Nə danışırsan? Evlənibmiş? Əhədullanın qızına? O mənim qulluqçum olan qıza?.. Hə, bəs belə de!!! Belə de!!! Külü qoyum onun kişi başına! Simin nə qızdı ki, gedib onu alıb! Yenə bir fərli-başlı qız olsaydı, məni yandırmazdı. Sən görməmisən ki, o qızı? Yox? Görməsən yaxşıdı, bir idbarın biri idi. Mən kişi olsaydım, yer üzündə bir o qız qalsaydı, bir də mən, ona heç gözümün ucuyla da baxmazdım, — deyib qəlbinin zəhərini tökmüşdü. Yanında olmasa da Sübhan səsindən Zərrintac xanımın necə yaman hala düşdüyünü aydınca hiss edirdi. Yanında olmaq, ona bu vəziyyətində baxmaq istərdi. Sonra nədənsə yazığı gəlmişdi Zərrintaca, otaqda kimsə varmış kimi, göz vurub söyləmişdi:

– Eh, əlbəttə, Elməddin axmaqdı, onun ağlı olsaydı, gündə milyon dəfə sizin başınıza dolanardı.

– Eybi yoxdur. Deyir, köçdüyün yurdun qədrini, düşdüyün yurdda bilərsən... — Zərrintac xanımın telefonda səsi titrəmişdi və o, dəstəyi asmışdı. Neçə dəqiqə oturduğu kresloda ölü kimi hərəkətsiz qalmışdı. Düşüncələri pırtlaşıq düşmüş kələf kimi idi. Bilmirdi sevinir, ya kədərlənir. Anlar, dəqiqələr keçdikcə sevinci, şadlığı əriyib yox oldu, ürəyində kədərli bir duyğu oyanıb onu məngənə təki sıxmağa başladı. Demək, evlənib! — Bu fikir idi onu əzən, öldürən. Onunla tanış olduğu günlər yadına düşdü, toyu yadına düşdü. Kədərli gözlərini dolandırıb ilk dəfə onunla baş yastığa qoyduğu çarpayıya baxdı və Elməddinin nəfəsini üzündə, əllərini sinəsində, belində hiss eləyib süstəldi, gözlərini qeyri-iradi, yuxu dərmanı atmış adam kimi, yumub o aləmə getdi. Və indi Elməddinə bəslədiyi nifrəti unudub xəyalında onun güclü, qüdrətli qolları arasında hiss elədi özünü, xoş bir duyğu, vücudunu yandırıb-qarsdı. Elə bil, çəkisizlik şəraitində, yuxu, xəyal aləminəbənzər bir dünyadaydı. Ancaq bu qiyabi səadət çox çəkmədi, o gözlərini açanda otaqda tək və kimsəsiz olduğunu görüb tamam yad bir aləmə düşmüş kimi döyükdü. Və özünü bədbəxt hiss elədi. Bu hiss onun bədənini soyutdu, içəri isti olsa da o, üşüdü. Canını qızdırmaq üçün ayağa qalxaraq o biri otaqdakı soyuducudan viski şüşəsini götürdü, stolun üstünə qoydu. Piyalə gətirdi, mətbəxdən, günorta yeməyindən qalmış qovrulmuş əti, pamidor, xiyar götürdü...

Viskidən piyaləsinə töküb başına çəkdi. Təzə xiyarın nazik dilimini narın duza batırıb ağzının acısını aldı.…Və birdən tək yeyib-içməyin çansıxıcı olduğunu xatırlayıb Sübhana zəng çaldı, onu yanına dəvət elədi. O gələnəcən Zərrintac bir piyalə də viski içmişdi — ancaq halında heç bir dəyişiklik hiss eləmirdi. Sadəcə olaraq, keyləşmişdi azca. Sübhan içəri girəndə stolun üstündə viski şüşəsi, yemək-filan görüb məsələni başa düşdü. «Xanım ya dərdindən, ya da sevincindən belə eləyir»— deyə ürəyindən keçirdi.

– Nə durmusan qapıda heykəl kimi? Gəl otur, bu gün səninlə yeyib-içəcəyik, Sübhan. Gecəni də burada qalacaqsan. Bu gecə — yaxşı yadında saxla — tək bu gecə səninəm. Başa düşürsən?.

Sübhan qulaqlarına inanmasa da:

– Bəli, xanım!.. — dedi və o pərişan görkəmli qadının daha nə isə eşitmək istədiyini duyub əlavə elədi: — Siz deyəndən sonra mənim nə ixtiyarım var, xanım?!

Zərrintac təmiz, səliqəli geyinmiş, sifətində nəyəsə heyrətlə baxan bir uşaq təəccübü və qəribə bir təbəssüm həkk olunmuş Sübhana baxıb baxışlarını aşağı endirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Gündəliyimdən səhifələr

İşıqlı dünya…Yeni il gecəsidir. Otaqda iki cavan – bir qız, bir oğlan üz-üzə oturmuşdur. Hər ikisi qəmlidir. Onlar istər-istəməz, bəzən özləri də bilmədən soyuq ah çəkirlər. Axı onların – bu iki sevgilinin bu əziz gündə heç nələri yoxdur! Oğlan qızdan utanır, qız da oğlandan…

30 dəq
Birinci hissə, birinci fəsil

İnsan bəzən öləndən sonra da sevilə bilərmiş. Qəribə taleyi olan, gizli, təmənnasız, şirin, yandırıb-yaxan bir məhəbbətlə sevən, ancaq sevdiyi qadın tərəfindən oxşanıb əzizlənməyən Orxanın qismətinə belə məhəbbət yazılıbmış, sən demə. Bu sevgi Orxan dünyadan köçəndən sonra dünyaya gəlməliymiş, bu inanılmaz sevginin ömrü — arzuları da, eşqi də gül açmamış cahana əbədi göz yuman Orxanın cavan ömründən uzun olmalıymış, sən demə....Zaman hiss olunmadan yel kimi qanadlanıb tarixə, keçmişə, əbədiyyətə çevrildikcə Orxanın heç kəsin ağlına sığışdırmaq, inanmaq istəmədiyi qəfil ölümü və yoxluğu hamıdan çox Gülmirəni yandırıb külə döndərirdi. O özü də hiss eləmədən, artıq yox olmuş, çıraqla da gəzsən tapılmayan, ancaq quruca adı, yadigarları yaşayan Orxana daha çox bağlanır, onu heç cür ölmüş hesab eləyə bilmir, çox dirilərdən üstün sayırdı: nə qədər qəribə və inanılmaz olsa da, özünü tez-tez bu nöqtədə tuturdu ki, o, ərindən — təyyarəsində qəzaya uğrayıb həlak olmuş Əqdəmdən daha artıq Orxan haqqında düşünür, ondan sarı daha çox göynəyir və qəlbindən heç vəchlə qovub çıxara bilmədiyi bu anlaşılmaz fikirdən böyük qəbahət işləmiş bir qadın kimi utanır, xəcalət çəkirdi.

45 dəq
Birinci hissə, ikinci fəsil

İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?

10 dəq
Birinci hissə, üçüncü fəsil

Gülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.

17 dəq

Başqa şairlərin şeirləri