İkinci hissə, on üçüncü fəsil
Səhifə 3 / 3 · 67%
– Oxuya da bilməzsən. Bu şerləri o ancaq mənə yazır və ancaq mən oxuyuram. Bəziləri kimi bir şeri üç-dörd qıza-qadına oxuyub hərəsinə ayrı-ayrılıqda demir ki, bunu sənə yazmışam.
– Kimdi axı o bəxtəvər? — deyə İltifat tələsik halda təzədən soruşmuşdu — çünki Gülmirənin çox incə bir mətləbə onun özünə işarə elədiyini anlamışdı, yüngülcə qızarmışdı.. Yaxşı ki, bu zaman Ümmügülsüm və Fazilə nə haqdasa danışıb gülə-gülə içəri girmiş, söhbət yarımçıq qalmışdı. Az sonra İltifat otaqdan çıxanda Ümmügülsüm özünəməxsus bir ərkyanalıqla Gülmirəyə baxıb:
– Əğəz, indi də deyəsən bu əyrimçə səni xamlayıb? — soruşanda Gülmirə şaqqanaq çəkib gülmüşdü:
– Hə, düz tapmısan, deyirdi sənə şer yazmışam.
– Hansı şeri deyirdi? — Fazilə soruşmuşdu.
– «Yuxuda gördüm ki...»
– Ay, ay. Mənə söylədiyi şerdi. Ümmügülsüm əllərini saçlarına çəkib: — Yox, mənə yazdığı şerdi, ağəz! — deyərək fırlanıb yerində oturmuşdu. Sonra onlar İltifatın ardınca o ki, var alıbvermişdilər. Onu simasız adlandırmışdılar. Bu söhbət iki həftə bundan qabaq olmuşdu. Bir neçə gün İltifat Gülmirədən qaçmışdı, üz-üzə, göz-gözə gəlməkdən çəkinmişdi. Ancaq Gülmirənin dediyi bir sözü heç cür yaddan çıxara bilməmişdi: «Mənim şer yazanım var, İltifat. Sən gecikmisən!» İşdə də, küçədə də, evdə də başını elə hey sındırırdı ki, bu adam kim ola bilər? İnstitutda ondan başqa şer yazan yox idi. Bəlkə kənardandı? Ola bilməzmi? Cavan, qəşəng, subay gəlindi. Kim keçər ondan, kim istəməz Gülmirə kimi gözəl bir qadın onun ürək həmdəmi olsun? Ha fikirləşmişdi, lakin tapa bilməmişdi. Nigaran-nigaran gəzib dolanmışdı.
Ancaq bu gün, onun «Zəka» qəzeti divardan asılan gün, şöbədə camaat sükut içində oturub işlərkən, birdən başını qaldıran İltifat Gülmirənin kədərli baxışlarının Orxanın divardakı şəklinə zilləndiyini görəndə hər şeyi başa düşmüşdü. «Mənim şer yazanım var, İltifat. Sən gecikmisən!» — Gülmirə bu sözləri deyən zaman da, əgər hafizəsi onu aldatmırsa, Orxanın şəklinə baxmışdı. Hə, hə, baxmışdı. Orxanı deyirmiş Gülmirə. Bəli, Orxanı. İltifat çoxdan eşitmişdi ki, Orxan Gülmirəni sevib. Orxan «Gülmirə»
deyə-deyə dünyadan gedib. Və bunu da bilirdi ki, Gülmirə indi də Orxanın xatirəsini çox əziz tutur, hər ay o ölən gün qəbrinii üstünə gedib gül qoyur. Orxanın evində yaşayır və qapısının üstündən hələ də onun adı yazılmış lövhəni çıxarmayıb.
Gülmirənin şer yazanını tapdığına çox sevindi İltifat. Bundan da daha çox onun sağ olmadığına sevindi. Ancaq bu sevinc tez ötüb-keçdi, çünki birdən-birə ürəyini qəribə bir həsəd hissi sıxdı: Gülmirə gör Orxanı necə sevib ki, indi də unuda bilmir. Gör Orxan necə oğul olub ki, Gülmirə ondan ölü kimi yox, diri adam kimi danışır. Demir ki, «mənim şer yazanım var idi». Deyir «mənim şer yazanım var». Bəs «sən gecikmisən» nə deməkdir? Necə yəni gecikmisən? Axı Orxan daha yoxdur. Bəs niyə gecikib İltifat?
Bu suallar onun kefini pozdu və qeyri-iradi olaraq, hər gün beş-on dəfə gördüyü şəklə — Orxanın şəklinə qanrılıb xeyli tamaşa elədi. Onun bu baxışlarını Gülmirə də tutdu və başını aşağı salıb kitabını oxumağa başladı. Orxan adi bir adam idi. Zahirən başqalarından heç nəylə fərqlənmirdi təbii ki. Ancaq İltifat onun qaynar gözlərində nə isə ayrı bir cazibə, ayrı bir məna gördü elə bil. Və ona nədənsə elə gəldi ki, yəqin indi sümükləri də çürüyüb qaralmış Orxanın qara qalstukundan azca sol tərəfdə, döş qəfəsində tamam başqa cür çırpınan bir ürək olub və Orxanın gücü, qüdrəti də məhz o ürəkdədi, o yalnız ürəyi ilə Gülmirəni özünə əsir eləyib. Və İltifat Orxana qibtə elədiyini duyub bu hissindən utandı, sonra özünü danladı ki, ölmüş adamın nəyinə qibtə eləyir? İşin axırında adamlar kitab-dəftərini yığışdırıb evə yollananda, məqam tapıb Gülmirəni yanladı:
– Tapdım, Gülmirə xanım.
Gülmirə təəccübləndi, çünki o günkü söhbəti tamam unutmuşdu.
– Nəyi?
İltifat şit-şit hırıldadı:
– Sənin şer yazanını!
– A... — deyib ayaq saxladı — Kimdi?
– Orxandı, Gülmirə xanım. Düz tapmışam?
Gülmirənin rəngi dəyişib allaşdı, sanki ən əziz, ən müqəddəs hissinə kobud, çirkin bir əl toxundu və çəkinmədən, gizlətmədən, düz İltifatın domba gözlərinin içinə baxaraq:
– Hə, düz tapmısan, — söylədi. Daha onun nə deyəcəyini gözləmədən liftə sarı gedəndə İltifatın səsini eşitdi:
– Gülmirə...
– Nədi? — o, döndü.
– Mən... Mən səni...
Gülmirə gözlərini qıyıb qəzəblə:
– Əl çək məndən, İltifat! — deyə çımxırdı.
İltifat bir anlığa duruxdu; neyləyəcəyini bilmədi, ancaq sonra nə fikirləşdisə, o yan-bu yana baxaraq kimsənin olmadığını görərək cəsarətləndi və son «gülləsini»də atmağı qərara alıb söylədi:
– Necə əl çəkim, Gülmirə? Sən o ölüdən əl çəkmirsən, mən səndən necə əl çəkim?
Gülmirə şəhadət barmağı liftin düyməsində İltifatı təpədən dırnağa rişxəndli bir təbəssümlə süzüb:
– Fu! Gör sən özünü kimlə müqayisə eləyirsən? — dedi. — O, ölmüş də olsa, səndən canlıdı, İltifat, səndən böyükdü, ucadı.
– O ölüb, Gülmirə!
– Səhv eləyirsən, İltifat. O, mənim üçün sağdı, həmişə də sağ olacaq, İltifat. Bunu heç vaxt yadından çıxartma.
—…
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-on-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Neçə gündü, Nəzər key təkiydi. Eynən təqaüdə çıxdığı ilk çağlarda olduğu kimi. Yuxusu qaçmışdı, iştahı pozulmuşdu. Deməyigülməyi yox idi. Qaşları həmişə düyünlüydü, elə bil nə isə çətin bir məsələnin həllini tapşırmışdılar, aciz qalmışdı, cavabını tapa bilmirdi. Sən demə, uzaqda yox, gözünün qabağında, bir zamanlar ⎯ komsomol vaxtlarında, cavan dəli-dolu çağlarında dostlarının, özünün gecə-gündüz bilmədən, yorulmadan qurub-yaratdığı, az sonra isə, döşünü irəli verərək yağıların tapdağı olmaqdan qorumaq üçün qızıl qanını axıtdığı bu əziz, doğma torpaqda, şirin, yaşadıqca yaşamaq istədiyin, heç cürə doymaq mümkün olmayan bu dünyada tamam ayrı cür, anlaşılmaz, nə istədikləri bilinməyən, acgöz, yedikcə «doydum» deməyən, verdikcə «yenə ver» deyən qəribə adamcıqlar və aləmlər yaranıbmış.Müharibədən sonra, uzun-uzun illər boy onun səhərlər gedib, axşamlar qayıtdığı, təmiz, müqəddəs sandığı o məktəb çox balaca bir dünyaymış və o dünyadan kənarda böyük, mürəkkəb, ucu-bucağı görünməyən başqa bir dünya da varmış. Nəzər bu dünyanı görürdü, sadəcə inanmaq istəmirdi, təsadüfi, ötəri hal hesab eləyirdi. «Keçib gedəcək, meşə çaqqalsız olmaz» ⎯ fəlsəfəsi neçə müddət onun düşüncələri ilə gördükləri arasına qalın bir pərdə çəkmişdi.
İkinci hissə, doqquzuncu fəsilMüseyib öz nazirinin ⎯ Ələmdar Qədirovun rayona gəlmək istədiyini və onu Süleymandan soruşduğunu, üstəlik «Ağ balığı var?» ⎯ deyə maraqlandığını eşidən kimi evə zəng eləmişdi. Dəstəyi Simuzər götürmüşdü.⎯ Sənsən, qız?! Bə anan hanı?
İkinci hissə, onuncu fəsilCura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?
İkinci hissə, on birinci fəsilGünortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…
Başqa şairlərin şeirləri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
NövhəYenə fitnə alıb meydan,Müftinlər sürür dövran.
SüsəniEy nəzakət çəməni içrə xuraman Süsəni,Xublıq kişvərinin təxtinə sultan Süsəni,