Elm xəbərləri («Əkinçi», 18 noyabr 1875)
Almaniya qəzetlərində belə yazırlar ki, bir toyuq ömründə 600 yumurta
yumurtdaya bilir. Əvvəlinci ili 20, ikinci ili 120, üçüncü ili 130, dördüncü ili 214
yumurtdayır. Amma dörd yaşından sonra hər il 20 əskik yumurtdayır, ta ki doqquz
yaşmacan. Ondan sonra ildə ancaq 10 yumurta yumurtdayır. Belə olan surətdə
yumurtadan ötrü toyuq saxlayan gərək 3 ya 4 ya 5 yaşında toyuq saxlasın, ondan
cahil ya qoca saxlamasın.
-
Qəzetlərdən belə mə’lum olur ki, ingilis məmləkətində inək sağmaqdan ötrü
bir quttaperçi düdük bina ediblər ki, o düdüyün 4 ucu var. Hər bir ucunun içinə
inəyin bir əmcəyini salanda inəyin sütü özbaşına qurtarınca axır, sonra düdük özü
düşür.
-
İldırım, yağış çox yağan vilayətlərdə çox vaxtda yerə düşüb, ziyadə zərər
edir və imtahan ilə məlum olubdur ki, ildınm hündür şeylərin, məsələn, hündür
ağacın ya hündür evin üstə artıq düşür. Ondan savayı mə’lumdur ki, bəzi ağaclar,
məsələn, palıd və qoz ağacları ildırımı çəkdiyinə onların üstə çox düşür, amma qovaq və daranqu ağacları onu çəkmədiyinə onların üstə ildırım düşmür. Bu səbəblərə indi Avropa şəhərlərində hər bir evin ətrafında qovaq əkirlər ki, evləri ildırımdan mühafizət etsin.
-
Gümüş şeyləri belə təmizləmək olur: bir qazanda kartofeli bişirib
çıxardandan sonra onun suyunu iki saat saxlayıb o su ilə gümüş şeyləri yuyanda
onlar çox təmiz olurlar. Guya onları torpaq ilə sürtmüsən. (Gümüş şeyi torpaq ilə
və ya qeyri şey ilə sürtmək yaxşı deyil, onda gümüşün qədəri azalır). Zik olan
kartofel suyu ilə mis və dəmir şeyləri də təmizləmək olur, beşərta ki, məzkur
şeyləri yuyandan sonra təmiz əski ilə qurudasan.
-
Yolunmamış quşları saxlamaq çox müşküldür. Ona binaən ki, onlar tez
iyiyib xarab olurlar. İndi ingilis qəzetlərində yazırlar ki, başı kəsilmiş quşu
saxlamaqdan ötrü onun boğazına bir yumru kömür soxub sap ilə bərk bağlayıb bir
quru və külək dəyən yerdə asanda onları bir neçə gün saxlamaq olur.
-
Qerman adlı şəxs yazır ki, zəli ilə havanı dəyişməyin belə bilmək olur: bir
şüşəni yarısınacan su ilə doldurub onun içinə bir zəli salıb ağzını bez ilə bağlayıb
evdə saxlayanda hava dəyişməyin bilmək olur: əgər sübhdən görəsən ki, zəli
şüşənin dibində yatıb, yəqin ki, hava yaxşı olacaq. Əgər zəli şüşənin suyunun
üzünə çıxırsa, yəqin yağış ya qar yağacaq və ya bərk külək əsəcək.
-
Qəzetlərdə yazırlar ki, burundan gələn qanı belə kəsmək olur: əgər qan
burnun sağ deşiyindən gəlirsə, ol vaxtda sağ əlin kiçik barmağının ucunu dırnaqdan
yuxarı və axrıncı bənddən aşağı sap ilə bərk bağlayanda, ya burnun sol deşiyindən
qan gəlirsə sol əlin zikr olan barmağını məzkur qayda ilə bağlayanda qan kəsilir.
-
Gürcüstanda ud adlı bir tayfa var ki, onun dilində Misir əhlinin dilinin
sözlərindən çox sözlər var. Qədim tarixlərə binaən Misir əhli bir neçə min il
bundan əvvəl Gürcüstanı zəbt etmişlər imiş. Belə görünür ki, onların bir güruhu
bizim Gürcüstanda qalmış imiş. Çünki zikr olan ud tayfası mürur ilə azalıb tələf
olur və yavuq zamanda bilmərrə yox olacaqdır, ona binaən indi elm sahibləri ol
tayfanın dilini öyrənib onun Misir əhli olmağını sübut edirlər.
-
Bu çağadək yanğını su ilə keçirdirlər idi, amma indi mə’lumdur ki, yanğı
çox şiddət edən zaman onun üstə su tökən zaman su özü yanır. Bu səbəblərə indi
Amerikada su buğu ilə yanğını keçirdirlər.
Bu elm xəbərlərin yazıb Əsgər Mirzə Adıgözəlzadə Gorani.
Kitabxana.az · https://kitabxana.az/works/esger-aga-gorani-elm-xeberleri-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Firəngistanın Sen Didyö adlı bir yerinin altmış arşınlığında bir su quyusuvar ki, ol yerin ətrafında sakin olanlar o quyunun suyunu içirlər. Çünki o suyu
Peterburqdan Əsgər Adıgözəlzadə Gorani yazır ki:1) Bu günlərdə vəzirlərin məclisində Badkubə dəmiryolu təsdiq olunub. Olyol Tiflisdən, Qarayazdan, Gəncədən, Gorandan, Zərdabdan, Hacıqabuldan
Başqa şairlərin şeirləri
Dünən bir gözəl görmüşəm,Adı Gülxanım, Gülxanım.
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,
Molla Cümə ilə Aşıq Donunun deyişməsiGünlərin birində erməni aşığı Aşıq Donu (Aşıq Donu ŞəkininDaşbulaq kəndindən olub) Molla Cumagilə gəlir. Allah verəndən
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.