Əbdürrəhman bəy Fətəlibəylinin Məmməd Əmin Rəsulzadəyə məktubu
Mərhəba, çox möhtərəm Məhəmməd Əmin!
Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram.
Məmnunluqla Sizə bildirməliyəm ki, vətəndaşlarımız yurdumuzun hürriyyəti və Böyük Almaniya uğrundakı mücadilədə, cəbhədə böyük başarılar qazandılar və misilsiz qəhrəmanlıqlarıyla millətimizin şərəf və heysiyyətini əlçatmaz bir səviyyəyə yüksəltdilər. Cəbhəmizə iki dəfə gəlmiş olan general Konrad bizdən heyranlıqla bəhs edirdi. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleistin taburumuza xitabən özəl bir əmiri vardır. Ağır səfər və əsgəri hərəkətdən sonra, bir az istirahətə çəkilib, yeni savaşlara hazırlanırıq. Taburumuzun döyüş qabiliyyəti Baş komandanlığın yüksək təqdirlərinə layiq olmuş, əsgərlərimizlə komutanlarımız "İnfanterie Sturmabzeichen" medallar ilə təltif edilmişlər.
Qəzetimizdə (Berlində çıxan "Azərbaycan" qəzeti- NY) Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum; bu məni çox sevindirir. Biz, cəbhədəki əsgərlər şübhə etmirik ki, Milli Komitəmizin üzvləri arasında hamımızca sevilən, legionumuzun qurucusu Babayev Beytullah da olacaqdır.
Biz, irəlidə də, millətimizin hürriyyəti uğrunda fədakarcasına döyüşəcəyik.
Cəbhədəki əsgərlərdən Sizə salam. Sizə xoş səhhətlər diləyirəm.
Sizin:Ə.Düdənginski-Fətəlibəyli
Kitabxana.az · https://kitabxana.az/works/fetelibeyli-ebdurrehman-bey-fetelibeylinin-memmed-emin-resulzadeye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cənabınıza məlumdur ki, bolşevizmin tarixi satqınçılıq, müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda, Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı güdaza verdilər. 1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin, İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və müharibənin əsas səbəbkarı oldu.Bolşeviklərin müharibəqabağı planları hər kəsə məlumdur. Almaniya, İngiltərə, Fransa və digər Avropa ölkələrini bir-birilə toqquşdurmaq və hər iki tərəfə qan tökməyə imkan verərək, sonra bolşevik çəkmələri ilə onların qanlı bədənlərini tapdalamaq. Belə asanlıqla Stalin dünya xarabalığı üzərində hökmranlıq etmək istəyirdi.
Əbdürrəhman bəy Fətəlibəylinin Məhəmməd Əmircana məktubuMəhmədciyim!Göndərdiyin dokumentləri aldıq, çox sağ ol. Zahid xanla göndərdiyin bir şüşə rakıyı da aldım. Çox sevindim, çocuqcasına sevindim. Bu iki ilin içində bir adam tapıldı belə bir risk etdi. Haradandır bu cəsarət səndə? Hələ içməmişəm, saxlayıram.
Əbdürrəhman bəy Fətəlibəylinin Əbdüləli bəy Əmircana məktubuHörmətli və əziz Əbdüləli bəy!Müsbət nəticələri gözləyərkən uzun müddət sizə yaz-mırdım. Yaxınlarda Türkiyə komissiyasının Avropada olmasının 3 ayı tamamlanacaq, lakin hələ ki bir hərəkət yoxdur. Bizim vəziyyətimiz isə sülh müqaviləsinin ratifikasiyası ilə əlaqədar olaraq çətinləşdi. Bu müqavilədə isə İtaliyaya saxlamaq və təhvil vermək öhdəliyi qoyan maddə var. Öncə İtaliya toplanma düşərgələrində yerləşənlər üçün təhlükə mövcuddur. Dr.Həsən İsmayıl (Misir nümayəndəsi) bizim vəziyyətimizi yaxşılaşdırmaq üçün çox iş gördü. O, həmçinin İtaliya hökuməti nümayəndələri önündə müsəlmanların azad edilməsinə və onların göndərilməmişdən öncə bizim müsəlmanların asas çoxluğunun olduğu və Reggio-Emiliyada yerləşən İRO düşərgəsinə təyin edilməsinə nail olurdu. Lakin italiyalılar nəqliyyat gələnə qədər müsəlmanları azad etmək istəmirlər. İndi isə nəqliyyat gələnədək Kababçı gələ bilər və italiyalılar onların hamısını təhvil verəcəklər. İtaliya düşərgələrində olanların vəziyyəti dəhşətlidir. Kababçının "pis qoxulu nəfəsi" olmasaydı, bütün bunlara dözmək olardı.
Əbdürrəhman bəy Fətəlibəylinin Ziyad Əbüzziyaya məktubuƏzizim Ziyad bəy!Xəstəliyiniz məni və bütün vətəndaşlarımı üzür. Vəziyyətinizin ağır olduğunu bilməmiş deyilik. Şərq Komissiyası Avropanı dolaşmaqdadır, bizlər isə öz yerlərimizdə daha da artıq təhlükə altında yaşamaqdayıq. Komissiya buraya gəldikdə bizdən artıq ingilis-amerikalılar sevindilər ki, nəhayət, türkləri aparacaqlar. Yüzdən çox vətəndaşımız noyabr ayının 10-na qədər İRO düşərgələrini tərk etməlidirlər.
Başqa şairlərin şeirləri
Nəcdin dağı Məcnun,Leyli deyib dolan Məcnun,
گوهر گنج حقیقت به حقیقت ماییمنور ذات جبروتیم که در اشیاییم
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,