Əbdürrəhman bəy Fətəlibəylinin Ziyad Əbüzziyaya məktubu
Əzizim Ziyad bəy!
Xəstəliyiniz məni və bütün vətəndaşlarımı üzür. Vəziyyətinizin ağır olduğunu bilməmiş deyilik. Şərq Komissiyası Avropanı dolaşmaqdadır, bizlər isə öz yerlərimizdə daha da artıq təhlükə altında yaşamaqdayıq. Komissiya buraya gəldikdə bizdən artıq ingilis-amerikalılar sevindilər ki, nəhayət, türkləri aparacaqlar. Yüzdən çox vətəndaşımız noyabr ayının 10-na qədər İRO düşərgələrini tərk etməlidirlər.
Çox yazmıram. Valya xanım vəziyyəti sizə anladar. Baxın siz və dostlarınız nə edə bilərsiniz (özünüzə zərər toxunmadan). Bizim tezliklə Türkiyəyə sövq edilməyimiz üçün UNO-da olan anlaşmazlıqdan istifadə etməli, Molotov Nyu-Yorka gəldikdən sonra qorxuram vəziyyəti dəyişə - anlaşarlar. Onda sizin “yüksək siyasətçiləriniz” qorxularından bizim adımızı da çəkməzlər.
Eşitdiyimə görə, Nurullah Barımanı həbs ediblər. Siz özünüz də həbs olunmaq təhlükəsi altındasınız. Bu "şəkər qardaşlar" nə istəyirlər sizdən? Nə veriblər sizə ki, geri ala bilmirlər. Allah xatirinə üzülmə, bütün fikrini öz səhhətinə ver. Mənim vəziyyətim həmişəki kimi qorxunc və ağırdır, bəlkə də, İsveçrəyə qaçqın getməyə məcbur olacağam. Vətəndaşlarımın ömründən arxayın olsaydım, özümə çoxdan bir çarə qılardım.
Mən və bütün əsgərlərim səni bağrımıza basırıq.
Sənin Abo.
Kitabxana.az · https://kitabxana.az/works/fetelibeyli-ebdurrehman-bey-fetelibeylinin-ziyad-ebuzziyaya-mektubu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məhmədciyim!Göndərdiyin dokumentləri aldıq, çox sağ ol. Zahid xanla göndərdiyin bir şüşə rakıyı da aldım. Çox sevindim, çocuqcasına sevindim. Bu iki ilin içində bir adam tapıldı belə bir risk etdi. Haradandır bu cəsarət səndə? Hələ içməmişəm, saxlayıram.
Əbdürrəhman bəy Fətəlibəylinin Əbdüləli bəy Əmircana məktubuHörmətli və əziz Əbdüləli bəy!Müsbət nəticələri gözləyərkən uzun müddət sizə yaz-mırdım. Yaxınlarda Türkiyə komissiyasının Avropada olmasının 3 ayı tamamlanacaq, lakin hələ ki bir hərəkət yoxdur. Bizim vəziyyətimiz isə sülh müqaviləsinin ratifikasiyası ilə əlaqədar olaraq çətinləşdi. Bu müqavilədə isə İtaliyaya saxlamaq və təhvil vermək öhdəliyi qoyan maddə var. Öncə İtaliya toplanma düşərgələrində yerləşənlər üçün təhlükə mövcuddur. Dr.Həsən İsmayıl (Misir nümayəndəsi) bizim vəziyyətimizi yaxşılaşdırmaq üçün çox iş gördü. O, həmçinin İtaliya hökuməti nümayəndələri önündə müsəlmanların azad edilməsinə və onların göndərilməmişdən öncə bizim müsəlmanların asas çoxluğunun olduğu və Reggio-Emiliyada yerləşən İRO düşərgəsinə təyin edilməsinə nail olurdu. Lakin italiyalılar nəqliyyat gələnə qədər müsəlmanları azad etmək istəmirlər. İndi isə nəqliyyat gələnədək Kababçı gələ bilər və italiyalılar onların hamısını təhvil verəcəklər. İtaliya düşərgələrində olanların vəziyyəti dəhşətlidir. Kababçının "pis qoxulu nəfəsi" olmasaydı, bütün bunlara dözmək olardı.
DiamatFəlsəfə, daima ruhu zənginləşməyə xidmət edir. Bolşeviklərə görə, fəlsəfə, bütün elmlərin əsası, elmin birinci və son sözü olan dialektik materializmdir. Yalnız, dialektik materializmin metoduna istinad edərək kainatı, bütün hadisələri öyrənmək olar, yalnız onun metodlarının köməyi ilə bütün elmlər inkişaf edir, böyük icadlar edilir. Sovet məktəblərində oxuduğumuz zaman hərf-hərf bizə öyrədirdilər ki, bütün böyük ixtiraçılar, böyük icadlarını dialektik materializmin köməyi ilə etmişlər. Demək ki, Arximed, Qalvani, Volta, Devi, Faradey, Amper, Araqqo, Qaliley, Küri, Kopernik, Edison, Uaat Uluq bey, Nizami, Şota Rustaveli və başqaları dialektik materializmdən xəbərləri belə olmadan, heç güman etmədən onun metodları ilə faydalanırmış.Böyük filosoflara gəlincə, onların fəlsəfələri dialektik materializm əsaslarına uymadığı üçün elmi, sinfi deyil, buna görə də amansızca rədd edilməlidir. Misal üçün, Feyerbaxın materializmindən bəhs etdiyimiz zaman mütləq qeyd etməliyik ki, Feyerbax Hegelin idealizmini tənqid edərkən böyük bir xəta buraxmış: o, tasın içindən kirli, sabunlu su ilə birlikdə uşağı da bayıra atıb. Hegel nəzəriyyəsindəki bu "uşaq" dialektika imiş. Beləliklə, dialektik materializmə görə, dialektikadan başqa, Hegelin bütün nəzəriyyəsi kirli , sabunlu sudur. Hərb nəzəriyyəçisi və filosofu Karl von Klauzeviçi götürək: Bu şəxsin nəzəriyyəsindən Lenin çox faydalanmışdır. Dialektik materializmə görə, onun məşum xətası odur ki, o, öz nəzəriyyəsində sinifləri deyil, xalqı görürdü. Buna görə o elmə sinfi nöqteyi nəzərlə baxmaq səviyyəsinə yüksəlmədi və Hegelin idealizmində boğuldu.
Koreyada Sovet təcavüzünün məğlub olması(Koreya hadisələrinin 2 illiyinə)**Sovet imperialistlərinin bəşəriyyətə qarşı törətdikləri sonsuz qanlı cinayətlər içərisində Koreyadakı təcavüzkarlıq ən ağırıdır.