Bax gözlərimə mənim,Ulduzdur, dan ulduzu.Ulduzlar da vurğundurO mavi səmalara.Mən hara, səma hara?Mən bir quzuyam, quzu –Bacarıqsız, qanadsız.Yeməyim yerə bağlı,Heç bir əlim də yoxduAmma ki, dörd ayaqlı.

Ürəyimin yerindəBir pələng ürəyi var,Məni odlara salar.

Çöllər aşmaq istəyirDüzlər keçmək istəyir.Aslanlarla görüşməkPəncələşmək istəyir.

Nərə çəkmək istəyirBaşqa pələnglər kimi.

Rahat olmur sinəmdəDəli küləklər kimi.Neyləyim? Bəs neyləyim?Dərdimi kimə deyim?Ələ düşsəm kəsərlər,Çölə düşsəm qurd yeyər.

Dünyada ən bədbəxtiXəbər alsalar əgərSiz nişan verin barı.Pələng ürəyi iləQuzu doğulanları.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri