Uşağa yalan deyibyekə bir kişi,üzü-üzünə,gözü-gözünə.Uşaq iki gündü çaşıb,uşaq gəlmir özünə.Qalıb baxa-baxa...“Ulduza bax ha,Aya bax ha...Dünyaya bax ha...”.Yuxusunda dayekə kişi vardı,yekə bığı vardı.Ağzında daAy boyda yalanyanırdı.Uşaq qışqırıbyuxudan oyanırdı.Mat qalmışdı uşaq,bığa bax,yalana bax.Papağa bax,saqqalı ağağsaqqaldaağ yalana bax!Qorxmuşdu Xədicə xala:– Qurban olum, bala,su iç, su,suynan sönür od,suynan soyuyur hirs.Suynan yuyuluradamın qorxusu.Su iç, su!Quduran itin,

qəzəbin, kininqızmış dəlininüstünə su çiləmişəm.Süst eləmişəm.Su iç bala, su,yuyulsun gözlərininheyrəti, qorxusu,dili qurusungopçu Məhəmmədin.Adam tapdı yalan danışmağa,su da təsir eləmir uşağa...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri