Yarımçıq işNişanlı qalan oğuldu, qızdı.Yarımçıq işBarsız gələn payızdı.Yarımçıq işKörpüsü tikilməyən yoldu.Yolu olmayan eldi.Sözü olmayan dildi.Yarımçıq işMəqsədsiz işdi,Mətləbsiz söyüşdü,Məhəbbətsiz öpüşdü.Yarımçıq işTavansız damdı.Göydən düşənEvinə damdı.Qardaş, xülasəYarımçıq işYarımçıq adamdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri