Bu yağış
Bu şeir – meydanda çaxan qığılcımdan yarandı.
Bir az hündürə çıxmışdım. Birdən-birə insan dənizinə baxıb gördüm ki, bir-birinə sıxılmış daşlar, vaxtilə Bakının küçələrinə döşənmiş iri, yumru çay daşlarına bənzəyir. Bir-birinə sıxılmış o daşlar kimi, elə bu daşların da hərəsi bir yana baxırdı. Yoxsa bütövləşə bilməmək, pərakəndəlik elə bu daşlardan çıxıb başlarımıza.
Tanrım, bizə qıyma!
Hirsimi soyutdu bu yağış…Soyuq damcıların qırmancı altındasızıldadı, qaraldı, söndü qəzəbim.
Ay çıxıb, aydınlaşdı yol, iz,Bir üzü ağ, bir üzü qara.Çay daşlarına bənzədi ötən günlər.Ay işığına büründüUzandı dünyanın əvvəlinədək,İl-il, ilmələnə-ilmələnə.Birdən-birə, bir yerdə göründüBütün əsrlər mənə;Bu ucsuz-bucaqsız yolda,ayağım altındabir dəfəyə gördüm,körpəlik çağından ta bugünədəkbəşər ömrünü.
Əsrlər dəyişdikcə özü dəyişib,Söhbəti dəyişib, sözü dəyişib.Çadır-çadır, kənd-kənd, oba-oba,Yurdu, yeri dəyişib.Geyimi, yeməyi, ədası, nazı,Allahı, nağılı, şeiri dəyişib.Amma, dəyişməyib ömrü-günü.Təbiəti belə dəyişib çox yerdəAmma, dəyişməyib öz təbiətini.körpəlik çağından,güclü elə, güclüdür gördüm.hələ dəgözlərindən qan damır.Zəif – elə zəifdir, indi dəBaxanda yazığı gəlir adamın.
Yenə dərə dərədir,dağ dağdır.Cəsur cəsurdur,qorxaq qorxaqdır.Yenə də düz adam dünyayagələndən düzdür.Əyri də elə vaxtdan əyridir.
Allahlar ha düz yola çağırır,Qanunlar ha dəyişir,kitablar ha öyrədir.Gözü tox – elə gözü toxdur,acgöz – elə acgözdür.Bir kəs xasiyyətini dəyişmir,Hər kəsin uzaqdan gəlir xisləti.Yetər, sadaladığım yetər!Gördüm hərənin bir suçu var,Saysam sayılar,insan sayı qədər.
Nə yaxşı ki, yağdı yağış…Soyutdu hirsimi.Gördüm, elə Yetim Abbasın oğluYetiməm ki, yetim!Yaxşı deyib Orxan Vəli:«Mənim loxmam aslan ağzında!»Ustadın xətrinə dəyməsin,Kaş mənim də loxmam,aslan ağzında olaydı.Mənim loxmam insan əlindədir.Aslan döyüşü üzbəüz olur, mərd olur,İnsanda min bir fənd olur.
Nə yaxşı ki, yağdı yağış,Ay işığında işıldadı yol-iz.Yola döşənmiş çay daşlarıBir-birinə bənzəsələr dəHərəsi bir yana baxırdı,Üstündən keçmişə addımlayan,o uzaq adamlar kimi.
Bakı, noyabr, 1988
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-bu-yagis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Necə qəhrəmanlar gəldi dünyaya,Köç vaxtı yetişdi, tez oldu getdi.
Guş edin ərzimə yeksər, siz əya pirü cəvanGuş edin ərzimə yeksər, siz əya pirü cəvan,Bircə təmsil gəlib xatirimə, eylüm əyan,
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,
ز دامی دید گنجشگی همائیهمایون طالعی، فرخنده رائی