«Qarşı» sözünə qarşı
(Replika)
Onun qəlbində Vətənə qarşı məhəbbət vardı. Bu cür deyilməz. Bu cümlə sadəcə «qarşı»sız deyilməliydi.
Onun qəlbində Vətənə (qarşısız-zadsız) məhəbbət vardı. İstəsən, hədsiz-hüdudsuz sözlərini qarşının əvəzinə işlət, istəməzsən, işlətmə.
İndinin, ilin-günün bu çağında dilimizin bütün qadağalardan azad olduğu vaxtda, savadlı-savadsız – bütün jurnalistlər, radio və televiziya aparıcıları, bütün müsahibəçilər, hətta, yazıçılar, şairlər belə, bəlkə də – hamı qarşı sözünü yerli-yersiz işlədir. Bu cümlələrdə yersiz deyilmişlər, yerində deyilmişlərdən çoxdur. Əlliyə qarşı yüz çoxdur demək olmaz! Canım, gözüm!
Əlliyə nisbətən və ya görə yüz çoxdur. Lap əllidən yüz çoxdur.
Türk dillərinin çoxunda «qarşı» sözü var.
Qarşı dağdan külək əsdi,
Qarşıma çıxdı,
Qarşı-qarşıya gəldilər və s.
Minlərcə misal çəkmək olar.
Yoxsa yüz sentnerə qarşı yüz on sentner taxıl almışdır. Yanlışdır!
«Qarşı» sözü kimi dilimizdə yerində işlənməyən xeyli təzə söz peyda olub. Dilçilərimiz susurlar. Torpağımızı qoruya bilmədik, heç olmasa dilimizi qoruyaq ki, gələcəyə üzü ağ çıxaq. «Qarşı» sözü qarşıma tez-tez çıxdığından özümü saxlaya bilmədim, dilləndim. Çox zaman qarşı sözü rus dilindəki «protiv» sözünün tərcüməsi kimi işlədilir. Deməli, bu səhv «protiv»dən gəlir. Dilimizi qarşıduran sözün hardan gəldiyi tapıldı. Ayıq olun!
Qarşı sözünü öz yerində işlədin!
Üzbəüz – mənasında. Qarşını «protiv» yerinə işlədənlər «protiv» gedənlərdir.
Vəssalam, şüttamam!
«Ədəbiyyat» qəzeti, 30 aprel, 2004
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-qarsi-sozune-qarsi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sağ əl sola lağ eləyir,Sol əl sağdan umur, küsür.
Qoşmaya qoşmaGör, ilham pərisi küsüb, gəlmirsə,Qoşa bilərsənmi şeir, qoşma – gəl!
DünyanınBaşıma daş salıb, durduğum yerdə,Başına daş düşsün belə dunyanın!
Qoşa rədifli qoşmaBu şerə fikir ver, «altı-dörddür»,Birini bilirsən, birini yox.
Başqa şairlərin şeirləri
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Müxəmməs: Göstərdi mənə dün biri bir qaşı hilalıGöstərdi mənə dün biri bir qaşı hilalı,El bir-birinə mahi-nəvi eylər kimi hali,
Məhbubumun mənimlə məhəbbət binası varMəhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.
Nerdəsən gəl, ey yüzü ağım bənimNecəsən gəl, ey yüzü ağım bənim?Sən əritdin odlara yağım bənim.