Qoşmaya qoşma
Gör, ilham pərisi küsüb, gəlmirsə,Qoşa bilərsənmi şeir, qoşma – gəl!Qafiyə qəhətə çıxıbsa, əl çək,Bu işə, bu başdan sən baş qoşma, gəl!
Bu çətin ayaqda, bu dar ayaqda,Mehrini kütəltmə, durma uzaqda.Könlümün dünyadan küsdüyü vaxtda,Qayıt könlümü al, qaçma, qoşma, gəl!
Gəlirsən, yenə gəl, köhnə naz ilə,Qıyma, yuxa qəlbim sına, nazilə.Gəl, başımı qatma şirin söz ilə,Qoşmama nəzirə qoşma, qoşma gəl!
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-qosmaya-qosma
← → düymələri ilə keçid, R — təsadüfi şeir