Giziroğlu Mustafa bəy şair olub,Bunu görcək mən əl çəkdim şairlikdən.Köhnə ocaq yerlərini eşələyib,Beş-üç sönmüş köz tapıbmış o, küllükdən.

Eşidincə Koroğlu da pərt olubdu,Dövran dönüb, namərd çönüb «mərd» olubdu.Bu millətə şairlik də dərd olubdu, –Baş götürüb qaçmaq gərək bu tünlükdən.

Şair olub Giziroğlu Mustafa bəy,Hamı yazır, bu da şeir yazsın gərək.Bu şeirlə gəl, beşcə gün yaşa, görək –Xoşbəxtliyin tapıbdı o birgünlükdə.

Şeir gərək əsrlərə əyilməyə,Səndən əvvəl, səndən sonra deyilməyə,Ağır ola, barışmaya yerlə, göylə –Yoxsa ki, bu bomboş qovuq yüngüllükdə?!

Deyirəm ki, hayıf, beş-üç közə, hayıf?Bir-birinə pərcim olan sözə, hayıf!El-obaya – sizə hayıf, bizə hayıf!Caşbaş olub, qalmışıq bu düyünlükdə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri