Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş,Nola cürmi ki, asılmasına fərman olmuş.

Şahisən mülki-məlahətdə, sənə qullar çox,Biri oldur ki, varıb Misrdə sultan olmuş.

Rəhm edib aşiqini həşr günü yaqmayalarKi, bu dünyada əsiri-qəmi-hicran olmuş.

Dedilər qəm gedirər badə, çox içdim, sənsizQəmi-hicranə müfid olmadı ol qan olmuş.

Bağibani-çəməni-dəhrə xəyali-dəhəninSəbəbi-tərbiyəti-qönçeyi-xəndan olmuş.

Adəm əvvəl səri-kuyin verib almış cənnət,Eşidib təni-mələk, sonra peşiman olmuş.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, mənim əhvalimə bir vaqif yox,Böylə kim, aləm onun hüsnünə heyran olmuş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq