Kəmali-hüsn veribdir şərabi-nab sana
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Kəmali-hüsn veribdir şərabi-nab sana,
Sana həlaldir, ey müğbeçə, şərab sana.
Səni mələk görəli yazmaz oldu eşqi günah,
Vəli yazıldı bu üzdən bəsi səvab sana.
Ləbin sualına verməz cəvab üşşaqın,
Sual olursa bu səndən, nədir cəvab sana?
Cəza günündə sorulmaz xətalər eylədiyin,
Yetər fəğan ilə mən verdiyim əzab sana.
Məni qərarım ilə qoymaz oldun, ey gərdun,
Yeridir ahim ilə versəm inqilab sana.
Şüai-cövhəri-tiğindən umma rəhm, ey dil,
Saqınma su verə, ey təşnə, ol sərab sana.
Füzuli, başına ol sərv sayə saldı bu gün,
Ülüvvi-rifət ilə yetməz afitab sana.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-kemali-husn-veribdir-serabi-nab-sana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sə’dü nəhs əhvalını qılsan münəccimdən sual,Müqtədai-mə’rifət Bərcisü Keyvandır ona.
Ey xəta ləfzilə Qur anın şükuhin sındıranEy xəta ləfzilə Qur’anın şükuhin sındıran,Mö’cüzi-ayati-Qur’andan həzər qılmazmısan?
Sən nə afətsən mənə, ey əqli-bədfərcam kimSən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,Bulmaq olmaz surəti-qürbündə asari-nişat.
Ey xacə, gər qulundan oğulluq murad isəEy xacə, gər qulundan oğulluq murad isə,Şəfqət gözilə bax ona daim oğul kimi.