Sə’dü nəhs əhvalını qılsan münəccimdən sual,

Müqtədai-mə’rifət Bərcisü Keyvandır ona.

Eyləsən rəmmaldən təftişi-hali-nikü bəd,

Mürşidi-rahi-yəqin Ənkisü Lehyandır ona.

Nöqteyi-əşkali-rəmlü seyri-əcrami-nücum

Kimə rəhbər olsa, feyzi-əql böhtandır ona.

Bilmiş ol kim, hər nə sadir olsa ziştü xubü bəd,

Məzhəri bir elmdir kim, əql heyrandır ona.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri